Türkiyə Respublikasında əvəzolunmaz şirkətlərdən olan Petkim ümumilikdə dünya üzrə Petrokimya şirkətləri arasında illik istehsal və həcm tutumuna görə ortalama göstəricilərin çox üstündə fəaliyyət göstərməkdədir. Cahan Pen MMC- yarandığı ilk ildən, yəni 2006-cı ildən etibarən Türkiyənin bu nüfuzlu şirkəti ilə qarşılıqlı sıx əməkdaşlıq aparmaqdadır.

http://www.cahanpen.com
 
 
“Petkim” Petrokimya şirkətinin əsası 1965-ci ilin 13 aprelində qoyulmuşdur. Petkim, 1970 ci ildə əvvəlcə 5 fabrikasını fəaliyyətə salmış, daha sonralardan digər fabrikalar da işə salınmışdır. Burada 50-dən çox petrokimyəvi məhsulların istehsalı reallaşdırılır ki, bunlardan – inşaat, əkinçilik üçün gübrələr, avtomobil, elektrik-elektronika, paketləmə, tekstil, kosmetika, dərman preparatları boyalar, və s. sahələr üzrə geniş çeşiddə məhsulların istehsalı vardır. Toplam 1.9 milyon ton tutuma malik əsas, ana xammalların istehsalı ilə yanaşı yarımfabrikatların da istehsalı da aparılır.