“Cahan Holding” müştərilərə rəqabətçi tütün markalarını tanıtmaq üçün Yaponiya Tütün Şirkətlər Qrupunun üzvü, aparıcı tütün istehsalçılarından biri olan JTI firmasi ilə əməkdaşlıq edir.
 
 
Mərkəz ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən JTI şirkəti çoxsaylı işçi bazası ilə həqiqətən də beynəlmiləl şirkətdir. JTI şirkətinin 120 ölkədə iş əlaqələri vardır. Winston, Mevius / Mild Seven, Camel, Benson & Hedges, Silk Cut, Sobranie, Glamour və LD kimi dünyada məşhur olan brend məhsulları vardır. Digər tütün məhsulları siyahısına Hamlet siqarları, Old Holborn və əldə bükülən Amber Leaf tütünü, tüstüsüz İsveç tütünü Gustavus Snus daxildir.