"Maşın" şou - 2019

Cahan Holding" KŞİ televiziyanın ATV kanalında yayımlanan "Maşın Şou"-nun 18-ci buraxılışına sponsorluq edərək, əsas mükafat kimi  "CAHAN MOTORS"un rəsmi distribütoru olduğu "OPEL İNSİGNİA" avtomobilini təqdim etmişdir. Veriliş çərçivəsində "Cahan Holding" KŞİ-nin nümayəndələri də  çəkilişlərə dəvət alaraq çıxışlar edib, Şirkətimizin fəaliyyəti barədə danışıb, iştirakçılara "Opel" brendinə məxsus müxtəlif hədiyyələr təqdim etmişdilər. Şounun sonunda qalibə Şirkətimiz tərəfindən verilişə təqdim olunmuş "OPEL İNSİGNİA" avtomobilinin açarları hədiyyə olaraq verilmişdir.
Bundan əlavə iştirakçıları "Cahan Holding" KŞİ –na qonaq qismində dəvət edərək şirkətimizin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün şərait yaradılmışdır.
https://youtu.be/Y5nkIyt2Dkg

“Maşın” şou - 2015

Teleməkanın ən reytinqli şousu "Maşın" realiti şou 10 yaşını bu dəfə ANS -lə qeyd edirdi.

“Cahan Holding” tərəfindən əsas mükafat olaraq Opel İnsignia modeli təqdim olunmuşdur. Bundan əlavə “Maşın şou”da yeni sərinləşdirici içki olan Train Quini və hamı tərəfindən bəyənilən Elegant çayları nümayiş olunmuşdur.
 

Şahin Hüseynovun “Donmuş istək”

“Cahan Holdinq” fəaliyyətində mədəniyyət tədbirlərinin keçirilməsinə önəm verir.

26 may 2015-ci il tarixdə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Şahin Hüseynovun “Donmuş istək” adlı fərdi fotoqrafiya sərgisi keçirilmişdir.

Sərgidə fotoqrafın 50 fotosu nümayiş olunub. Fotolarda əsasən təbiət mənzərələri, dostluq mövzusu, ekologiya problemləri, xarici həyat tərzi, memarlıq fraqmentləri, portretlər və başqa mövzular əks olunmuşdur. Bu fotolar 2000-ci ildən 2015- ci ilədək olan dövrü əhatə edir. Şəkillər əsasən Azərbaycan və digər dövlətlərdə – Belçika, Fransa, Hollandiya, İran, Rusiya və Gürcüstanda çəkilmişdir.

ŞAHMAT ÜZRƏ DÜNYA KUBOKU

2015-ci il Azərbaycan üçün bir çox hadisələrlə əlamətdar olmuşdur. Bu önəmli hadisələrdən biri də şahmat üzrə Dünya Kubokuna Azərbaycanın ev sahibliyi etməsidir.

Sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) şahmat üzrə ən vacib yarışlarından biri olan - Dünya Kubokuna start verilmişdi və Oktyabrın 5-nə qədər davam etmişdi.

Tədbirə bir çox qurumlarla yanaşı, “Cahan Holdinq” KŞİ da yaxından əməkdaşlıq etmişdir. “Cahan Holdinq” şahmat üzrə Dünya Kubokunun yüksək səviyyədə keçirilməsinə fəal və peşəkar şəkildə dəstək göstərmişdir. Bu münasibətlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən “Cahan Holdinq”ə təşəkkür məktubu ünvanlanmışdır.