"İlk avtomobil zavodu"  "FAW" dəyərlərinin həyati təsviri.

Bizim əməliyyat fəlsəfəmiz müştərimizin "ilk tərəfdaşı" olmağımız, müştərilərlə münasibətlərimizə verdiyimiz əhəmiyyətin vurğulanmasıdır. Hörmət və minnətdarlıqla davranaraq, müştərilərlə uzunmüddətli əlaqələr qurmağa , eləcə də dünyanın ən çox arzu olunan nəqliyyat vasitələrini qurmağa çalışırıq.
 
 
"Cahan Holdinq" kommersiya şirkətləri İttifaqına daxil olan "Cahan Motors" şirkəti artıq 20 ildir ki, Azərbaycanın avtomobil bazarında fəaliyyət göstərir. “Cahan Motors” Çinin ən üstün brendlərindən biri sayılan “FAW” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir. 1953-cü ildə qurulan “FAW” zavodu Çinin ən qədim avtomobil istehsalçısıdır. Hal-hazırda “FAW” yüngül, orta və ağır yük maşınları, SUV avtomobilləri, avtobuslar və kiçik vasitələr də daxil olmaqla altı kateqoriyalı avtomobillər istehsal edir. Qeyd edək ki, bu nəhəng şirkət 2017-ci ildə 3 milyon avtomobil istehsal edib. Bu şirkət həm avtomobillərinin satışını, həm də servis xidmətlərini təqdim edir.