Qloballaşan bazar iqtisadiyyatı dövründə kəskin rəqabətdən dolayı son illərdə Korporativ Sosial Məsuliyyətin (KSM) əhəmiyyəti xeyli dərəcədə artıb.

Korporativ Sosial Məsuliyyət cəmiyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün öz əməkdaşları, onların ailələri, yerli əhali - bir sözlə, bütün cəmiyyətlə birlikdə dünyanı yaşanılası hala gətirmək üçün iqtisadi, ekoloji, mədəni və ictimai inkişafa dəstək vermə məsuliyyətidir. KSM şirkətlərin bütün maraqlı tərəflərə və cəmiyyətə qarşı etik və məsuliyyətli davranması, bu istiqamətdə qərarlar qəbul etməsi və həyata keçirməsində vacib rol oynayır.




KSM könüllü fəaliyyət olub hədəf qruplarının maraqları naminə sosial-mədəni məsələlərin təşkilatın funksional fəaliyyətinə inteqrasiya edilməsidir.

KSM cəmiyyətin və ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir.

“CAHAN HOLDİNQ”in KSM konsepsiyası holdinqin korporativ dəyərlərinə əsaslanmaqla həmin dəyərləri özündə əks etdirir və “CAHAN HOLDİNQ”in missiyası, baxışları, dəyərləri ilə sıx bağlıdır. Bu mövqe birmənalı olaraq ifadə edir ki, KSM sadəcə sosial və ya ətraf mühit dəyərlərinin deyil, o cümlədən korporativ dəyərin yaradılmasında və inkişafında mühüm amildir.
"Cahan Holdinq" in Korporativ Sosial Məsuliyyətinin əsas məqsədi davamlı inkişafa dəstək vermək və müstəqil Azərbaycanın inkişaf edən holdinqi olaraq cəmiyyətin məhsuldar üzvü olmaqdır. "Cahan Holdinq" cəmiyyətimizin və bütövlüklə gələcəyimizin bir hissəsidir. Korporativ Sosial Məsuliyyət fəlsəfəmiz ictimaiyyətə köməklik göstərməkdən, işıqlı gələcəyə doğru təkan verən proqramların və layihələrin işlənib hazırlanmasından, bu proqram və layihələrin həyata keçirilməsində fəal iştirak etməkdən ibarətdir.