"Bütün yelkənlərə getmək" Lifan dəyərlərinin həyati təsviri.

1992-ci ildə qurulan "Chongqing Lifan Holding" Çinin ən böyük özəl müəssisələrindən biri olan, elmi tədqiqat və inkişaflar, avtomobil, motosiklet və mühərriklərin istehsalı və satışı, həmçinin maliyyə qiymətli kağızları və Daşınmaz əmlak ilə məşğul olan şirkətlərdir. O, həmçinin Çin müstəqil avtomobil və motosiklet markaları arasında ixrac ön plana çıxan Çin ən böyük istehsal ixrac müəssisələrindən biridir. Qloballaşma və yeni enerji Lifan qrupunun inkişafının iki əsas strategiyasıdır.
 
 
 
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan “Cahan Motors” 2019-cu ilin aprel ayından başlayaraq  Naxçıvan Avtomobil Zavodunda Çinin “Lifan İndustrial Group”  şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Müəssisədə “Lifan İndustrial Group”a aid 360 sedan tipli, 270 SUV tipli, 140 minivan tipli, 40 “Golfcar” tipli, o cümlədən 120 yük maşını və 230 motosikletin istehsal edilməsi nəzərdə tutulub. Zavodda istehsal olunan nəqliyyat vasitələrinin muxtar respublikada güzəştli şərtlərlə satışı və texniki servis xidməti də planlaşdırılır. Yüksək rəqabətə malik avtomobillər istehsal etməyi qarşısına məqsəd qoyan Naxçıvan Avtomobil Zavodu daxili bazarın tələbini ödəməklə yanaşı, istehsal olunan nəqliyyat vasitələrinin digər ölkələrə ixracını da nəzərdə tutur. Bu gün avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillərin istehsal edildiyi Naxçıvan Avtomobil Zavodu inkişafının yeni mərhələsinə qədəm qoyub. Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəlif təyinatlı və modellərdəki nümunələrinin muxtar respublikamızda istehsal olunması Naxçıvanda maşınqayırma sənayesinin güclənməsinə, eləcə də milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.