"CAHAN İNŞAAT" MMC

“Cahan İnşaat” MMC “Cahan Holdinq”in nəzdində 2007-ci ildə yaradılmış, əsas fəaliyyəti yaşayış binalarının təmiri və tikinti tamamlaması ilə başlamışdır. Muxtar Respublikada həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq sahəsində “Cahan İnşaat” MMC fəaliyyətini genişləndirərək maddi texniki bazasını gücləndirmişdir. Belə ki, cəmiyyətin tərkibində Tikinti-Quraşdırma, Tikinti-Tamamlama, Maşın-Mexanizm, Su və Kanalizasiya Mənzil-Tikinti idarələri, Beton Məhsulları Zavodu, Qapı-Pəncərə fabriki yaradılmışdır.
 
 
Muxtar Respublika ərazisində və kənarda aparılan tikinti-quruculuq işlərində artıq böyük təcrübə qazanmış “Cahan İnşaat” MMC tərəfindən daha böyük layihələrə imza atılmışdır. Buna misal olaraq öz memarlıq üslubları ilə seçilən “Cahan” MMC Ticarət Mərkəzini, “Gənclər Şəhərini”, “Əyləncə adasını”, bir sıra yeni istifadəyə verilmiş ticarət mərkəzlərini göstərmək olar. “Cahan İnşaat” MMC muxtar respublikamızın abadlaşması və gözəlləşməsi istiqamətində öz fəaliyyətini davam etdirir. Hazırda “Əyləncə adası”nın yaxınlığında yerləşən Park kafedə, gənclər üçün “Paint-ball” atıcılıq meydançasında, Naxçıvan çayı üzərində yeni asma körpünün tikintisində, Cahan MMC-nin kənd təsərrüfatı məhsullarının satışı bölməsində tikinti işləri başa çatmışdır.
Rəhbər: Vilayət Cəlilov
Telefon: (+99436) 544 61 55
Adres: Azərbaycan k. 20, Naxçıvan AZ7000 / Azərbaycan
Veb Adres: http://www.cahaninsaat.com