"CAHAN AVM" MMC

“Cahan AVM” (Cahan Alış-Veriş Mərkəzi) MMC idarəetmə, satışın təşkili, mal təminatı, muhasibat sistemi – bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilərək yaradılmışdır.
 
 
“Cahan AVM” MMC-nin tərkibində fəaliyyət göstərən ümumi örtülü sahəsi 7200 m2 olan iki satış mağazası, 7800 m2 açıq ərazidə tikinti materiallarının topdan və pərakəndə satış sahəsi mövcuddur.
“Cahan AVM”-də 12300 növdə inşaat materialları, elektrik malları, mebel və aksesuarlarının və digər malların satışı həyata keçirilir.

Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nümayəndəlikləri mövcuddur. Burada fəaliyyət göstərən ofislər “Cahan AVM”-in satınalma bölməsinin sifarişləri əsasında mal tədarükü ilə məşğul olurlar. Ofislərin yaradılmasındakı məqsəd AVM-in davamlı fəaliyyəti və ən son istehsal malları ilə təmin etməkdir. Həmçinin AVM-in satış, satınalma, muhasibat və s. bölmələrinin işçiləri də davamlı bu nümayəndəliklərdə olur, onların vasitəsilə bu sahədə dünya təcrübəsini öyrənirlər.
 
 


Hal-hazırda “Cahan AVM”-də 23 satış bölməsi fəaliyyət göstərir. Bu bölmələrə qida, geyim, elektronika, mebel və mebel aksesuarları, uşaq aləmi, hamam aksesuarları, inşaat materialları və s. aiddir. Bütün bu bölmələrdəki mallar hər bir sahə üçün xüsusi olan vitrinlərdə sərgilənir və təcrübəli satıcılar tərəfindən müştərilərə təklif olunur. Satılmış malların müştərilərin evlərinə çatdırılması və quraşdırma tələb edən malların quraşdırılması şirkət tərəfindən həyata keçirilir.

“Cahan AVM” Muxtar Respublikada fəaliyyət göstərən digər mağazaların da mal təminatı ilə məşğul olur. Mağazaları daha ucuz və keyfiyyətli mal ilə təmin etmək, bununla da əhalinin çeşid bolluğundan istifadə etməsini təmin etmək qarşıya əsas məqsəd olaraq qoyulmuşdur.

“Cahan AVM”-də fəaliyyət göstərən kredit bölməsi də mövcuddur. Bu bölmədə şəxsiyyət vəsiqəsi təqdim etməklə 6 aylıq faizsiz kreditlə mal əldə etmək imkanı vardır. Bu xidmət şirkətin daxili imkanları ilə həyata keçirilir.
 
 
 


Yarandığı vaxtdan etibarən AVM-də uduş kampaniyaları da həyata keçirilir. “Cahan AVM” MMC dünyanın 42 firmasının Naxçıvan MR-də ya daimi satış nümayəndəliyi, ya da satış təmsilçisidir.
AVM-də qarşıya qoyulan əsas məqsəd ilk növbədə yerli istehsal mallarının satışını təşkil etməkdir.
Satılan malların çeşid bolluğu və keyfiyyəti daim diqqətdədir.

Hal-hazırda “Cahan AVM” MMC-də 245 nəfər daimi işlə təmin olunmuşdur. İçşilər yüksək əmək haqqı, həmçinin gündəlik nahar, evə gedib-gəlmələri üçün servis xidməti, satıcılar və fəhlələr davamlı mövsümi geyimlə təmin olunur.
Rəhbər: Ədalət Piriyev
Telefon: (+99436) 554 33 35
Adres: Əziz Əliyev küç. 10, Naxçıvan AZ7000 / Azərbaycan
Veb Adres: http://www.cahanavm.com