"CAHAN TOBACCO" MMC

“Cahan Tobacco” şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə “Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.
 
 
Böyük Britaniyanın “Molins” və Almaniyanın “Hauni” firmalarının avadanlıqları ilə təchiz olunmuş müəssisənin istehsal gücü dəqiqədə 3000 filtrli siqaretdir.

İngiltərənin “Molins”, “Marden Edvard” və ABŞ-ın “Scandia” şirkətlərinin texnologiyası əsasında quraşdırılmış siqaret paketləyən istehsal xətti dəqiqədə 180 qutu filtrli siqaret qablaşdırmağa imkan verir.

Şirkətdə istehsal prosesinin keyfiyyətli xammal və beynəlxalq standartlara cavab verən texnologiyaya əsaslanması daxili bazarla yanaşı xarici bazara da inteqrasiya etmək imkanı yaradır. Qeyd edək ki, “Cahan Tobacco” Yaponiyanın “JTI”, Kubanın “Habanos”, Birləşmiş Ərəb Əmirliyinin “Al Fakher”, Cənubi Koreyanın “KT&G” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Rəhbər: Amil Hüseynzadə
Telefon: (+99436) 545 60 26
Adres: Əziz Əliyev k. 2, Naxçıvan AZ7000 / Azərbaycan
Veb Adres: http://www.cti.az