Cahan_Az

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

Naxçıvan Dövlət Universitetində “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov tələbələrlə görüşüb

Xəbərlər

NDU-da “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov tələbələrlə görüşüb.

Görüşdə çıxış edən NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov haqqında məlumat verib, ali təhsil ocağı ilə “Cahan Holdinq” Şirkətlər İttifaqının birgə əməkdaşlığına nəzər salıb.

 

Qeyd olunub ki, uzun illərdən bəri davam edən əməkdaşlıq nəticəsində şirkətlə birgə xüsusi layihələr icra olunub. Prorektor son günlərdə “Cahan Holdinq” Şirkətlər İttifaqı ilə imzalanan müqavilənin əməkdaşlığı daha da inkişaf edirəcəyinə əminliyini ifadə edib.

 

Arzu Abdulayev Vüqar Abbasovun tələbələr ilə görüşünün xüsusi ilə əhəmiyyətli olduğunu qeyd edib. Cahan Holdinqin təsisçisi, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov qeyd edib ki, dövlət orqanları, qeyri-hökumət təşkilatları, müvafiq idarə, müəssisələr universitetlərə dəstək olmalıdır.

 

“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov “Cahan Holdinq” Şirkətlər İttifaqının yaranma tarixi və fəaliyyət sahələri haqqında tələbələrə geniş məlumat verib, şəxsi təcrübələrini, öz biznesini qurmaq üçün müasir dövrdə tələb olunan meyarları iştirakçılarla bölüşüb.
Tədbir diskussiya şəklində davam edib, tələbələrin sualları Vüqar Abbasov tərəfindən cavablandırılıb.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

NDU ilə Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” arasında innovativ inkişafı dəstəkləyən əməkdaşlıq memorandumu imzalanıb

Xəbərlər

NDU ilə Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” arasında innovativ inkişafı dəstəkləyən əməkdaşlıq memorandumu imzalanıb.

Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev  ali təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib. Rektor bildirib ki,  ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” KŞİ maddi və mənəvi olaraq tələbələrə hər zaman dəstkək olmuşdur. Tələbələrin beynəlxalq layihələrdə iştirakını dəstəkləmiş, onlara maddi və mənəvi dəstəyi hər zaman diqqət mərkəzində saxlamışdır.

 

Sonra Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyasının sədri,  “Cahan Holdinq” KŞİ-nin təsisçisi Vüqar Abbasov qeyd edib ki, ölkədə aparılan islahatların əsas məqsədlərindən biridə  yerli peşəkar kadrların yetişdirilməsi, gənclərin yerli müəssələrdə öz layiqli yerlərini tutmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə tələbələr də onlar üçün yaradılan əlverişli şəraitdən səmərəli istifadə etməlidirlər. Daima öyrənməyə, təcrübə toplamağa çalışan gənclər peşəkar kadr kimi formalaşaraq iqtisadi inkişafa böyük təsir göstərir.   

 

Daha sonra Naxçıvan Dövlət Univerisiteti ilə    Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyası,  “Cahan Holdinq” KŞİ arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda ali təhsil müəssisəsi ilə  Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” KŞİ arasında əməkdaşlığın genişləndirilməsi, İqtisadiyyat fakültəsi üzrə təhsil alan tələbələrin Naxçıvan Sahibkarlar Konfederasiyası və “Cahan Holdin” KŞİ ilə geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaları, əməkdaşlıq çərçivəsində elmi-praktiki konfransların, seminarların, təlim və kursların, motivasiya edici görüşlərin təşkili öz əksini tapıb. Univerisitetdə yaradılacaq Texnoparkda “Cahan Holdinq” KŞİ ilə iş birliyi çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi və təhsil ocağının akademik potensialın birləşdirilməsi nəzərdə tutulub.

 

Sonra  Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev  Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyasının sədri, “CahaHoldinq” KŞİ-təsisçisi Vüqar Abbasova hədiyyələr təqdim edib.

 

Categories
Tədbirlər

Noyabrın 14-də COP29 çərçivəsində “İqlim Liderlərinin Dialoqu-Biznes” mövzusunda panel keçirilmişdi.

Xəbərlər

Noyabrın 14-də COP29 çərçivəsində "İqlim Liderlərinin Dialoqu-Biznes" mövzusunda panel keçirilmişdir.

Noyabrın 14-də COP29 çərçivəsində “İqlim Liderlərinin Dialoqu-Biznes” mövzusunda panel keçirilmişdir. 

 

Paneldə “Cahan Şirkətlər Qrupu” nun təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov iştirak etmişdir. Paneldə yaşıl iqtisadiyyata keçiddə bizneslərin rolu, bu sahədə dövlət-özəl sektor dialoqu və tərəfdaşlıq istiqamətləri müzakirə olunmuşdur. 

Categories
Tədbirlər

Oktyabrın 14-də “Caspian Energy Club” Naxçıvanda Latviya, Estoniya və Finlandiya şirkətləri üçün “Business Tour” təşkil edib.

Xəbərlər

Oktyabrın 14-də "Caspian Energy Club" Naxçıvanda "Business Tour" təşkil edib.

Oktyabrın 14-də “Caspian Energy Club” “LEF Network Azerbaijan” layihəsi çərçivəsində Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvan Muxtar Respublikasına “Business Tour” təşkil edib.

 

Turda işgüzar səfərdə olan Latviya, Estoniya və Finlandiyadan olan şirkət rəhbərləri, bu ölkələrin Ticarət Palatalarının nümayəndələri iştirak ediblər. Nümayəndələr “Cahan Şirkətlər Qrupu”MMC-nin qabaqcıl müəssisələrindən olan “ENNA” MMC-də ziyarət ediblər.

Qonaqlara müəssisə, və burada istehsal olunan enerji içkiləri haqqında ətraflı məlumat verilib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Xəbərlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib. Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, KƏŞ və Azərbaycan arasında nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilib. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
Tədbirlər

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xəbərlər

Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, dərin ehtiramlarını bildiriblər. Sonra tədbir H.Əliyev sarayında davam etdirilmişdir. Tədbirdə Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri, millət vəkili Vüqar Abbasov da iştirak edib.