Cahan_Az

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər Tədbirlər

Naxçıvanda Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi”nin fəaliyyəti və inkişaf perspektivləri ilə tanış olub.

Xəbərlər

Naxçıvanda Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi”nin fəaliyyəti və inkişaf perspektivləri ilə tanış olub.

Fevralın 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində olub, müəssisələrin fəaliyyəti və perspektiv inkişaf planları ilə tanış olub.

 

“Cahan Holding”in qurucusu, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov müəssisələrin mövcud istehsal gücü, tətbiq edilən müasir texnoloji avadanlıqlar, istehsal olunan məhsullar, həyata keçirilən marketinq tədbirləri və xarici bazarlara ixrac imkanları barədə ətraflı məlumat verib. Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında yeni mərhələ başlayıb. O vurğulayıb ki, dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, eləcə də sahibkarlar üçün güzəştli kreditlər və ixracyönümlü layihələrə dövlət dəstəyi regionun iqtisadi potensialının səmərəli reallaşdırılmasına xidmət edir.

 

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verən “Cahan Sənaye Kompleksi” MMC uğurlu fəaliyyəti ilə muxtar respublika iqtisadiyyatının inkişafına töhfə verir.

 

Qeyd edilib ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqına daxil olan müəssisələrin layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 16,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
Vüqar Abbasov bildirib ki, ayrılmış kredit vəsaitləri sənaye, tikinti və istehsal sahələrini əhatə edən layihələrin icrasına yönəldilib. Bu vəsaitlər hesabına 310 iş yeri yaradılıb.

 

Ölkə başçısının sahibkarlığa qayğısı ilə vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi, həmçinin göstərilən dəstək nəticəsində 2026-cı il ərzində daha 340-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Sonda Ceyhun Cəlilov muxtar respublikada sahibkarlara göstərilən dövlət dəstəyinin davamlı olacağını bildirib və “Cahan Şirkətlər Qrupu” MMC-yə gələcək fəaliyyətində uğurlar arzulayıb. Bu mətni mənə rus və ingilis dilinə tərcümə et. rəsmi və professional olsun.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər Tədbirlər

Naxçıvanda ilin yekunlarına həsr olunmuş görüş keçirilib

Xəbərlər

Naxçıvanda ilin yekunlarına həsr olunmuş görüş keçirilib

Naxçıvan Palace-da Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə ilin yekunlarına həsr olunmuş dialoq-görüş keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Qeyd edək ki NSK-ya üzv olan Cahan Şirkətlər qrupuna daxil şirkətlərin rəhbərləri də iştirak etmiş və müzakirələr aparmışdır. Görüşü açan Konfederasiyanın İdarə Heyətinin sədri Vüqar Abbasov cari ildə görülən işlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər barədə məlumat verib.
 
Görüşün davamında sahibkarları maraqlandıran məsələlər müzakirə olunub, fəaliyyət zamanı qarşıya çıxan çətinliklərlə bağlı dövlət nümayəndələri ilə sual-cavab formatında fikir mübadiləsi aparılıb.

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Görüşlər

Dövlət Ehtiyatları Agentliyi “Cahan Şirkətlər Qrupu” ilə görüşüb.

Xəbərlər

Dövlət Ehtiyatları Agentliyi “Cahan Şirkətlər Qrupu” ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin nümayəndələri “Cahan Şirkətlər Qrupu”nun idarə heyəti ilə görüş keçiriblər.

 

Görüş zamanı Dövlət Ehtiyatları Agentliyinin yaradılma məqsədləri, fəaliyyət istiqamətləri və dövlət ehtiyatlarının formalaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gələcək birgə fəaliyyət perspektivləri müzakirə olunub.

 

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcəkdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ilə bağlı razılıq əldə edilib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər

4 noyabr 2025-də İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ‘Cahan Şirkətlər Qrupu’nu ziyarət edib.

Xəbərlər

4 noyabrda İran səfiri Müctəba Dəmirçilu ‘Cahan Şirkətlər Qrupunu’ ziyarət edib.

4 Noyabr 2025-ci ildə İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu “Cahan Şirkətlər Qrupu” MMC-ni ziyarət edib.

Görüşdə İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Əziz Mənsuri və “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti iştirak edib. İclas zamanı Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında xarici ticarət əlaqələrinin inkişafı, biznes subyektləri və xarici ticarət iştirakçıları ilə B2B görüşlərin keçirilməsi mövzuları müzakirə olunub.

Səfir onu da qeyd edib ki, Naxçıvanın ikitərəfli əlaqələrdə çox mühüm rolu var.
Görüşün sonunda “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasovun adından İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçiluyə xatirə hədiyyəsi təqdim olunub.

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Görüşlər Tədbirlər

Naxçıvan MR İqtisadiyyat Nazirliyi nümayəndə heyətinin “Cahan Sənaye Kompleksi”nə rəsmi səfəri baş tutub.

Xəbərlər

Naxçıvan MR İqtisadiyyat Nazirliyi nümayəndə heyətinin “Cahan Sənaye Kompleksi”nə rəsmi səfəri və istehsal sahələri ilə tanışlığı

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və nazirliyin tabeliyində olan xidmət orqanlarının rəhbərləri “Cahan Sənaye Kompleksi”nə səfər ediblər.

 

Səfər çərçivəsində nümayəndə heyəti Kompleksdə fəaliyyət göstərən polimer boru və radiator istehsalı sahələri ilə tanış olub. Qonaqlara istehsal prosesində tətbiq edilən müasir texnologiyalar, müəssisədə quraşdırılmış avadanlıqlar və məhsul istehsalının mərhələləri barədə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti Qafqazın ən böyük enerji və sərinləşdirici içkilər zavodunda – ENNA MMC-də olub. Burada istehsal prosesinin tam avtomatlaşdırılması, müasir texnoloji avadanlıqların tətbiqi və minimal insan müdaxiləsi ilə həyata keçirilən istehsal zənciri barədə məlumat təqdim edilib. Zavodun istehsal gücü, məhsul çeşidləri və ixrac imkanları haqqında da qonaqlara geniş təqdimat keçirilib.

 

Səfərin sonunda “Cahan Şirkətlər Qrupu”nun ümumi fəaliyyəti, regionun iqtisadi inkişafına verdiyi töhfələr, yerli istehsalın genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasındakı rolu barədə məlumat verilib.

Categories
allnews-Az Ana səhifə Görüşlər Tədbirlər

Oktyabrın 9-da Azərbaycan nümayəndə heyətinin Küveytə işgüzar səfəri baş tutub.

Xəbərlər

Oktyabrın 9-da Azərbaycan nümayəndə heyətinin Küveytə işgüzar səfəri baş tutub.

Oktyabrın 9-da Azərbaycan nümayəndə heyətinin Küveytə işgüzar səfəri baş tutub.

Səfər zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin maliyyə naziri, elektrik enerjisi, su və bərpaolunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşüb. Görüşdə Azərbaycan və Küveyt arasında ticarət, turizm, ənənəvi və bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sektorlarında əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir qeyd edib ki, Küveytə işgüzar səfər çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr aparılıb. Qeyd edək ki, görüşdə “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti də iştirak etmişdir.
Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər Tədbirlər

Qarsda Türkiyə–Azərbaycan Regional İqtisadi Forumu: İkitərəfli iqtisadi əməkdaşlığın inkişafına töhfə

Xəbərlər

Qarsda Türkiyə–Azərbaycan Regional İqtisadi Forumu: İkitərəfli iqtisadi əməkdaşlığın inkişafına töhfə

Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan Regional İqtisadi Forumunda ASK-nın vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi, Türkiyənin Odalar və Borsalar Birliyi, Qars Ticarət və Sənaye Palatası və KOBİA-nın təşkilatçılığı ilə baş tutan forumda əsas məqsəd Naxçıvanın biznes və investisiya imkanlarının tanıdılması və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi olub.

Tədbirdə KOBİA sədri Orxan Məmmədov, Qars valisi Ziya Polat, Qars Ticarət və Sənaye Palatasının rəhbəri Kadir Bozan, KOSGEB sədr müavini Selim Serkan Ercan və digər rəsmi şəxslər çıxış edərək regional iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Forum çərçivəsində Vüqar Abbasov və nümayəndə heyəti Qarsda bir sıra müəssisələrə səfər edib, Türkiyəli iş adamları ilə ikitərəfli görüşlər keçiriblər. KOBİA nümayəndələri isə Qarsın rəhbər şəxsləri ilə görüşərək sərhədyanı ticarət və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu”na daxil olan bir sıra şirkətlərin rəhbər heyəti də iştirak etmişdir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər Tədbirlər

Cenevrədə Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası davam edir.

Xəbərlər

Cenevrədə Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası davam edir.

Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası davam edir.

Sessiyada çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, son illər ölkəmizdə 4 milyon vətəndaşı əhatə edən 5 böyük sosial islahat paketi icra olunub. Minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 2,9 dəfə artırılıb. Orta aylıq pensiya və əməkhaqqında əhəmiyyətli artım baş verib, müavinət və təqaüdlərə ayrılan vəsaitin həcmi 5 dəfə artırılıb. Konfransda Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Holding”in təsisçisi Vüqar Abbasov da iştirak edir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər Tədbirlər

“Cahan Şirkətlər Qrupu” 30 illik yubileyi və 1 İyun – Uşaqlar Günü münasibətilə şəhid övladlarına həsr olunmuş tədbir keçirib.

Xəbərlər

“Cahan Şirkətlər Qrupu” 30 illik yubileyi və 1 İyun – Uşaqlar Günü münasibətilə şəhid övladlarına həsr olunmuş tədbir keçirib.

Cahan Şirkətlər Qrupu 30 illik yubileyi və 1 İyun – Ümumdünya Uşaqlar Günü münasibətilə şəhid övladlarına həsr olunmuş xüsusi sosial tədbir keçirib.
Bu təşəbbüs həm gələcəyimiz olan uşaqlara, həm də Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əmanətlərinə ehtiramın parlaq təzahürüdür.

Tədbir çərçivəsində uşaqlara çoxsaylı hədiyyələr, eləcə də kiçik kitabxanalarını zənginləşdirmək məqsədilə müxtəlif yaş qruplarına uyğun kitablar təqdim edilib. Bu, həm sevgi dolu bir jest, həm də onların gələcəyinə ünvanlanmış ümid mesajıdır.

Layihə Cahan Şirkətlər Qrupunun sponsorluğu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Universiteti və “SEVİNC” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Bu təşəbbüs bir daha göstərdi ki, dövlət, cəmiyyət və biznes bir araya gəldikdə, uşaqlar üçün atılan hər addım sabaha ümid işığı olur.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər Tədbirlər

Mayın 7-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə “Caspian Energy Club”un üzvləri arasında görüş keçirilib.

Xəbərlər

Mayın 7-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə “Caspian Energy Club”un üzvləri arasında görüş keçirilib.

Mayın 7-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə “Caspian Energy Club”un üzvləri arasında görüş keçirilib. “Caspian Energy Club”un sədri Telman Əliyev rəhbərlik etdiyi qurumla gömrük orqanları arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edib, gömrük-biznes dialoqunun gücləndirilməsinin münbit biznes mühitinin formalaşması, xarici ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük-biznes münasibətlərində bütün mümkün imkanlardan istifadə etməklə xarici ticarət iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən bəhs edib. O da qeyd olunub ki, hazırkı mərhələdə gömrük xidmətində hazırlanan alətlər gömrük dəyərinin müəyyənləşdirilməsinin metodoloji əsaslarla həyata keçirilməsinə, müasir gömrük inzibatçılığı metodlarından istifadə etməklə mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin səmərəli şəkildə təmin olunmasına imkan yaradır.

 

Görüş çərçivəsində “Caspian Energy Club”un yeni üzvlərinə sertifikatlar təqdim olunub. Qeyd edək ki, “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti də tədbirdə iştirak edərək sertifikatla təltif olunub.