Cahan_Az

Categories
Tədbirlər

Noyabrın 14-də COP29 çərçivəsində “İqlim Liderlərinin Dialoqu-Biznes” mövzusunda panel keçirilmişdi.

Xəbərlər

Noyabrın 14-də COP29 çərçivəsində "İqlim Liderlərinin Dialoqu-Biznes" mövzusunda panel keçirilmişdir.

Noyabrın 14-də COP29 çərçivəsində “İqlim Liderlərinin Dialoqu-Biznes” mövzusunda panel keçirilmişdir. 

 

Paneldə “Cahan Şirkətlər Qrupu” nun təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov iştirak etmişdir. Paneldə yaşıl iqtisadiyyata keçiddə bizneslərin rolu, bu sahədə dövlət-özəl sektor dialoqu və tərəfdaşlıq istiqamətləri müzakirə olunmuşdur. 

Categories
Tədbirlər

Oktyabrın 14-də “Caspian Energy Club” Naxçıvanda Latviya, Estoniya və Finlandiya şirkətləri üçün “Business Tour” təşkil edib.

Xəbərlər

Oktyabrın 14-də "Caspian Energy Club" Naxçıvanda "Business Tour" təşkil edib.

Oktyabrın 14-də “Caspian Energy Club” “LEF Network Azerbaijan” layihəsi çərçivəsində Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvan Muxtar Respublikasına “Business Tour” təşkil edib.

 

Turda işgüzar səfərdə olan Latviya, Estoniya və Finlandiyadan olan şirkət rəhbərləri, bu ölkələrin Ticarət Palatalarının nümayəndələri iştirak ediblər. Nümayəndələr “Cahan Şirkətlər Qrupu”MMC-nin qabaqcıl müəssisələrindən olan “ENNA” MMC-də ziyarət ediblər.

Qonaqlara müəssisə, və burada istehsal olunan enerji içkiləri haqqında ətraflı məlumat verilib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Xəbərlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib. Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, KƏŞ və Azərbaycan arasında nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilib. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
Tədbirlər

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xəbərlər

Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, dərin ehtiramlarını bildiriblər. Sonra tədbir H.Əliyev sarayında davam etdirilmişdir. Tədbirdə Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri, millət vəkili Vüqar Abbasov da iştirak edib.