Cahan_Az

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Tədbirlər

Naxçıvanda “Cahan Şirkətlər Qrupu” MMC-nin yaranmasının 30-cu ildönümü qeyd edilib.

Xəbərlər

Naxçıvanda “Cahan Şirkətlər Qrupu” MMC-nin yaranmasının 30-cu ildönümü qeyd edilib.

Naxçıvanda “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30-cu ildönümü qeyd edilib.

 

Bu münasibətlə şirkətin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov, şirkət rəhbərləri və xaricdən gələn qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə güllər qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Sonra Zəfər Abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Yubiley tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra ölkə və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Günün ikinci yarısında Naxçıvan Palasda baş tutmuşTədbirdə tanınmış teleaparıcı Nərgiz Cəlilova qonaqları salamlayıb, “Cahan Şirkətlər Qrupu”nun keçdiyi inkişaf yolundan bəhs edib. “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək bildirib ki, rəhbərlik etdiyi qurum ötən 30 ildə şərəfli yol keçərək böyüyüb, inkişaf edib, Naxçıvan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib. Şirkətin çoxsaylı tərəfdaşları arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış şirkətlər var. “Cahan Şirkətlər Qrupu” MMC “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun şəkildə davam etdirir. 

 

Məqsəd çoxsaylı xarici tərəfdaşlarla birgə layihələr həyata keçirərək milli iqtisadiyyatımıza daha çox investisiyaların cəlb edilməsidir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ötən 30 ili iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir şirkət üçün olduqca uğurlu və təntənəli keçmiş kimi dəyərləndirib. Qeyd edib ki, son bir neçə ildir Naxçıvanda iqtisadiyyat və sahibkarlıq mühiti yeni tələblər, tam şəffaflıq üzərinə qurulub.

 

Optimallaşdırma və eyni zamanda ixracyönümlü, rəqabətədavamlı bazara hazırlaşmaq ən mühüm tələblərdəndir. Sevindirici haldır ki, “Cahan Şirkətlər Qrupu”nun həm rəhbərliyi, həm də bütün əməkdaşları bu sınaqdan uğurla çıxa bildilər, Naxçıvan Muxtar Respublikasının iqtisadi göstəricilərinin inkişaf etməsində və yaxşılaşmasında fəal rol oynadılar. Səlahiyyətli nümayəndə “Cahan Şirkətlər Qrupu”nun çoxsaylı kollektivinə uğurların davamını, yeni çağırışlarda birgə addımlamağı arzulayıb, yubiley münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanda özəl sektorun payı 80 faizi ötüb. Bu da onu göstərir ki, ölkəmizdə əlverişli və şəffaf biznes mühiti formalaşıb. Azərbaycan sürətlə inkişaf edir və burada sahibkarların böyük rolu var. “Cahan Şirkətlər Qrupu”  bu göstəricidə böyük pay sahibidir. Çünki “Cahan” Naxçıvandan dünya bazarlarına çıxan ölkənin aparıcı holdinqlərdən biridir. Bu, Azərbaycanın daha bir fəxri və uğurudur.

 

Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının “Cahan Şirkətlər Qrupu”na ünvanladığı təbriknaməni holdinqin təsisçisi Vüqar Abbasova təqdim edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov tədbirklərini çatdıraraq bildirib ki, “Cahan Şirkətlər Qrupu” nəinki Naxçıvan, bütövlükdə Azərbaycanda sahibkarlıq ekosistemində mühüm yeri olan, bir çox sosial layihələrdə təmsil olunan şirkətdir. KOBİA bundan sonra da holdinqin fəaliyyətinə dəstəyini əsirgəməyəcək. Sonra “Cahan Şirkətlər Qrupu”nun 30 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilib.

 

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula, İtaliyanın “İMA” şirkətinin satış meneceri Matteo Biançini, Çin Xalq Respublikasının “Lifan Auto” şirkətinin biznesin inkişafı üzrə meneceri Çan Kai çıxış edərək təbriklərini çatdırıb, “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasova hədiyyələr təqdim ediblər. Həmçinin “Caspian Energy Club”un prezidenti Telman Əliyev “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasova fəxri mükafat təqdim edib.

 

Şirkətin fəaliyyətində və inkişafında fərqlənən əməkdaşlar müxtəlif nominasiyalar üzrə təltif edilibər.

Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestrinin, xalq artistləri Nəzakət Teymurova, Zülfiyyə Xanbabayeva və tanınmış estrada ifaçısı Zamiq Hüseynovun ifaları yubiley tədbirinə xüsusi rəng qatıb. Sonda “Cahan Şirkətlər Qrupu”na həsr olunmuş klip izlənilib.

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Görüşlər Tədbirlər

Naxçıvan MR İqtisadiyyat Nazirliyi nümayəndə heyətinin “Cahan Sənaye Kompleksi”nə rəsmi səfəri baş tutub.

Xəbərlər

Naxçıvan MR İqtisadiyyat Nazirliyi nümayəndə heyətinin “Cahan Sənaye Kompleksi”nə rəsmi səfəri və istehsal sahələri ilə tanışlığı

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və nazirliyin tabeliyində olan xidmət orqanlarının rəhbərləri “Cahan Sənaye Kompleksi”nə səfər ediblər.

 

Səfər çərçivəsində nümayəndə heyəti Kompleksdə fəaliyyət göstərən polimer boru və radiator istehsalı sahələri ilə tanış olub. Qonaqlara istehsal prosesində tətbiq edilən müasir texnologiyalar, müəssisədə quraşdırılmış avadanlıqlar və məhsul istehsalının mərhələləri barədə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti Qafqazın ən böyük enerji və sərinləşdirici içkilər zavodunda – ENNA MMC-də olub. Burada istehsal prosesinin tam avtomatlaşdırılması, müasir texnoloji avadanlıqların tətbiqi və minimal insan müdaxiləsi ilə həyata keçirilən istehsal zənciri barədə məlumat təqdim edilib. Zavodun istehsal gücü, məhsul çeşidləri və ixrac imkanları haqqında da qonaqlara geniş təqdimat keçirilib.

 

Səfərin sonunda “Cahan Şirkətlər Qrupu”nun ümumi fəaliyyəti, regionun iqtisadi inkişafına verdiyi töhfələr, yerli istehsalın genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasındakı rolu barədə məlumat verilib.

Categories
allnews-Az Ana səhifə Görüşlər Tədbirlər

Oktyabrın 9-da Azərbaycan nümayəndə heyətinin Küveytə işgüzar səfəri baş tutub.

Xəbərlər

Oktyabrın 9-da Azərbaycan nümayəndə heyətinin Küveytə işgüzar səfəri baş tutub.

Oktyabrın 9-da Azərbaycan nümayəndə heyətinin Küveytə işgüzar səfəri baş tutub.

Səfər zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin maliyyə naziri, elektrik enerjisi, su və bərpaolunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşüb. Görüşdə Azərbaycan və Küveyt arasında ticarət, turizm, ənənəvi və bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sektorlarında əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir qeyd edib ki, Küveytə işgüzar səfər çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr aparılıb. Qeyd edək ki, görüşdə “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti də iştirak etmişdir.
Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Tədbirlər

“Cahan Tobacco International” “InterTabac 2025” sərgisində uğurla təmsil olundu!

Xəbərlər

“Cahan Tobacco International” “InterTabac 2025” sərgisində uğurla təmsil olundu!

“Cahan Tobacco International” “InterTabac 2025” sərgisində uğurla təmsil olundu!
18–20 sentyabr tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən dünyanın ən böyük tütün sərgilərindən biri olan “InterTabac 2025”-də “Cahan Tobacco International” artıq üçüncü dəfə iştirak etdi. Şirkət “Made in Azerbaijan” markası altında yerli istehsal olan siqaretlərini təqdim edərək, ziyarətçilərin və ixracatçıların böyük marağı ilə qarşılandı. Bu ilki sərgidə dünyanın müxtəlif ölkələrindən – İtaliya, Böyük Britaniya, Almaniya, BƏƏ, Ukrayna, Polşa, ABŞ, Serbiya və Monqolustan kimi bazarlardan olan tərəfdaşlar şirkətin məhsullarına xüsusi maraq göstərdilər. Bu istiqamətdə artıq ilkin danışıqlara başlanılıb. “Cahan Tobacco International” olaraq biz ixrac potensialımızı gücləndirmək, ölkəyə valyuta axınını artırmaq və yerli iqtisadiyyata dəstək olmaq məqsədilə beynəlxalq sərgilərdə fəal iştirak etməyə və “Made in Azerbaijan” brendi ilə ölkəmizi dünya bazarlarında layiqincə təmsil etməyə davam edəcəyik.