Cahan_Az

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər Tədbirlər

Naxçıvanda Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi”nin fəaliyyəti və inkişaf perspektivləri ilə tanış olub.

Xəbərlər

Naxçıvanda Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi”nin fəaliyyəti və inkişaf perspektivləri ilə tanış olub.

Fevralın 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində olub, müəssisələrin fəaliyyəti və perspektiv inkişaf planları ilə tanış olub.

 

“Cahan Holding”in qurucusu, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov müəssisələrin mövcud istehsal gücü, tətbiq edilən müasir texnoloji avadanlıqlar, istehsal olunan məhsullar, həyata keçirilən marketinq tədbirləri və xarici bazarlara ixrac imkanları barədə ətraflı məlumat verib. Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında yeni mərhələ başlayıb. O vurğulayıb ki, dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, eləcə də sahibkarlar üçün güzəştli kreditlər və ixracyönümlü layihələrə dövlət dəstəyi regionun iqtisadi potensialının səmərəli reallaşdırılmasına xidmət edir.

 

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verən “Cahan Sənaye Kompleksi” MMC uğurlu fəaliyyəti ilə muxtar respublika iqtisadiyyatının inkişafına töhfə verir.

 

Qeyd edilib ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqına daxil olan müəssisələrin layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 16,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
Vüqar Abbasov bildirib ki, ayrılmış kredit vəsaitləri sənaye, tikinti və istehsal sahələrini əhatə edən layihələrin icrasına yönəldilib. Bu vəsaitlər hesabına 310 iş yeri yaradılıb.

 

Ölkə başçısının sahibkarlığa qayğısı ilə vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi, həmçinin göstərilən dəstək nəticəsində 2026-cı il ərzində daha 340-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Sonda Ceyhun Cəlilov muxtar respublikada sahibkarlara göstərilən dövlət dəstəyinin davamlı olacağını bildirib və “Cahan Şirkətlər Qrupu” MMC-yə gələcək fəaliyyətində uğurlar arzulayıb. Bu mətni mənə rus və ingilis dilinə tərcümə et. rəsmi və professional olsun.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

“Cahan Şirkətlər Qrupu” Şəhidlər xiyabanını ziyarət 

Xəbərlər

“Cahan Şirkətlər Qrupu”nun əməkdaşları 20 Yanvar şəhidlərini ehtiramla yad ediblər

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “Cahan Şirkətlər Qrupu” nun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad olunub, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq yolunda göstərdiyi qətiyyətin və milli birliyin rəmzi kimi yaddaşlara həkk olunub. Bu tarixi gün xalqımızın mübarizə ruhunu yaşadaraq, şəhidlərin müqəddəs xatirəsinə hər zaman böyük hörmət və ehtiram göstərilməsinin önəmini bir daha ön plana çıxarır.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər Tədbirlər

Naxçıvanda ilin yekunlarına həsr olunmuş görüş keçirilib

Xəbərlər

Naxçıvanda ilin yekunlarına həsr olunmuş görüş keçirilib

Naxçıvan Palace-da Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə ilin yekunlarına həsr olunmuş dialoq-görüş keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Qeyd edək ki NSK-ya üzv olan Cahan Şirkətlər qrupuna daxil şirkətlərin rəhbərləri də iştirak etmiş və müzakirələr aparmışdır. Görüşü açan Konfederasiyanın İdarə Heyətinin sədri Vüqar Abbasov cari ildə görülən işlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər barədə məlumat verib.
 
Görüşün davamında sahibkarları maraqlandıran məsələlər müzakirə olunub, fəaliyyət zamanı qarşıya çıxan çətinliklərlə bağlı dövlət nümayəndələri ilə sual-cavab formatında fikir mübadiləsi aparılıb.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Cahan Şirkətlər Qrupunda 2025-in yekun iclası keçirilib

Xəbərlər

Cahan Şirkətlər Qrupunda 2025-in yekun iclası keçirilib.

Dekabrın 25-də “2025-ci ilin yekunlarına və Cahan Şirkətlər Qrupunun 30 illik fəaliyyəti”nə həsr olunmuş yekun iclas keçirilmişdir.

İclasda Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasov , idarə heyəti üzvləri və şirkət rəhbərləri iştirak etmişdir.

Tədbir çərçivəsində 2025-ci ilin fəaliyyət nəticələri geniş şəkildə təhlil olunmuş, eyni zamanda 2026-cı il üzrə strateji planlar, qarşıya qoyulan hədəflər müzakirə edilmiş, gələcək dövr üçün prioritet məsələlər və şirkətin davamlı inkişafını təmin etmək məqsədilə görüləcək işlər ətrafında fikir mübadiləsi aparılmışdır. İclasdan sonra ziyafət təşkil olunmuşdur.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Sahibkarlara “Dayaq” mükafatı təqdim olundu.

Xəbərlər

Sahibkarlara “Dayaq” mükafatı təqdim olundu.

18 dekabr İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə sahibkarlara “Dayaq” mükafatı təqdim olunub.

2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən 17 biznes subyekti mükafatlandırılıb.

Qeyd edək ki, Cahan Şirkətlər Qrupuna daxil olan “Enna” MMC şirkəti də “Dayaq” mükafatına layiq görülmüşdür.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Cahan Şirkətlər Qrupu Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Xəbərlər

Cahan Şirkətlər Qrupu Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Dekabrn 12-də “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti Bakı şəhərində Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül çələngi qoyub və xatirəsini böyük hörmətlə anıblar. Eyni zamanda, “Cahan Şirkətlər Qrupu”nun müəssisə rəhbərləri və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsi ehtiramla yad edilib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər

4 noyabr 2025-də İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ‘Cahan Şirkətlər Qrupu’nu ziyarət edib.

Xəbərlər

4 noyabrda İran səfiri Müctəba Dəmirçilu ‘Cahan Şirkətlər Qrupunu’ ziyarət edib.

4 Noyabr 2025-ci ildə İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu “Cahan Şirkətlər Qrupu” MMC-ni ziyarət edib.

Görüşdə İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Əziz Mənsuri və “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti iştirak edib. İclas zamanı Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında xarici ticarət əlaqələrinin inkişafı, biznes subyektləri və xarici ticarət iştirakçıları ilə B2B görüşlərin keçirilməsi mövzuları müzakirə olunub.

Səfir onu da qeyd edib ki, Naxçıvanın ikitərəfli əlaqələrdə çox mühüm rolu var.
Görüşün sonunda “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasovun adından İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçiluyə xatirə hədiyyəsi təqdim olunub.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

“Naxçıvanda ilk dəfə ‘Gələcəyin Peşələri’ Sammiti keçirilib.

Xəbərlər

“Naxçıvanda ilk dəfə ‘Gələcəyin Peşələri’ Sammiti keçirilib.

Oktyabrın 30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Naxçıvanda “Gələcəyin Peşələri” Sammiti keçirilib. 

 

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri və “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasov sammitdə iştirak edib. Vüqar Abbasov çıxış edərək bildirib ki, gələcəyin peşələri özəl sektor üçün sadəcə insan resursu deyil, onlar şirkətlərin innovasiyaya yönəlmiş strategiyasının mərkəzində dayanır.

 

Oktyabrın 31-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “ENNA” MMC-ni ziyarət edib. “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasov və “ENNA” MMC-nin icraçı direktoru Ruslan Əlimərdanov nazir Anar Əliyevə müəssisə haqqında məlumat veriblər. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzi “Cahan Şirkətlər Qrupu” MMC-yə məxsus “ENNA” MMC ilə əməkdaşlıq çərçivəsində nümunəvi iş mühitinin yaradılması məqsədilə tədbirlər həyata keçirmişdir.

 

Müəssisədə əməyin mühafizəsi normaları və qaydaları, qəbul edilmiş dövlət standartlarının tətbiqi, işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması, həmçinin istehsalat risklərinin idarə olunması yüksək səviyyədə təşkil olunmuşdur. Müəssisəyə Mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə” statusu verilib.

Müəssisə ilə tanışlıqdan sonra “Cahan Şirkətlər Qrupu”na məxsus Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “Maple X3 Pro” markalı avtomobilə baxış keçirilib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

“Cahan Şirkətlər Qrupunun 30 illik yubileyi çərçivəsində sosial tədbirlər keçirilir”

Xəbərlər

“Cahan Şirkətlər Qrupunun 30 illik yubileyi çərçivəsində sosial tədbirlər keçirilir”

“Cahan Şirkətlər Qrupunun 30 illiyi proqramı” çərçivəsində sosial tədbirlər davam edir.

Beləki, “Cahan Şirkətlər Qrupu “MMC-nin dəstəyi ilə Naxçıvan Sarayda “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi Təyinatlı Qüvvələrin Veteranları, Şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan-Türkiyə qazi və şəhid ailələrinin əməkdaşlıq forumu keçirilmişdir.

“Cahan Şirkətlər Qrupu” MMC-nin aparat rəhbəri Azər Cəfərov öz çıxışında, tədbirdə iştirak edən hər iki dövlətin qəhrəman oğullarının ailə üzvlərinə, qazilərə dərin ehtiramını və minnətdarlığını bildirərək qeyd etmişdir ki, “Cahan Şirkətlər Qrupu”nun təkcə bayram və rəsmi günlərdə deyil, istər şəhid ailələrinin, istərsə də qazilərin ehtiyac duyduqları hər an onlara dəstək olmağa hazırdır.

Tədbirin sonunda iştirakçılara “Cahan Şirkətlər Qrupu” tərəfindən xatirə hədiyyələri, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədov “Cahan Şirkətlər Qrupu”na minnətdarlığını ifadə edərək şirkətin aparat rəhbərinə “təşəkkürnamə” təqdim edib.

Qeyd edək ki, tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun rəhbəri, “Cahan Şirkətlər Qrupu” MMC-nin aparat rəhbəri və digər dövlət nümayəndələri çıxış etmişdir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

“Cahan Şirkətlər Qrupu” və Naxçıvan Şəhid Ailələri Birliyinin təşkilatçılığı ilə 63 şəhid ailəsi Şuşaya səfər edib

Xəbərlər

“Cahan Şirkətlər Qrupu” və Naxçıvan Şəhid Ailələri Birliyinin təşkilatçılığı ilə 63 şəhid ailəsi Şuşaya səfər edib

“Cahan Şirkətlər Qrupu”nun və Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvandan olan 63 şəhid ailəsi üzvü Şuşaya səfər edib.

13–14 avqust tarixlərində təşkil olunan səfərin əsas məqsədi, Azərbaycanın işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladlarına, ailələrinə və yaxınlarına Şuşa və digər azad edilmiş torpaqlarımızı tanıtmaq olmuşdur.

 

Səfər çərçivəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, abidə önünə gül dəstələri qoyularaq xatirəsi yad edilib. Ardınca tədbir iştirakçıları Bakıya yola düşüb, hava limanında xoş qarşılamadan sonra Şuşa səfərinə davam ediblər.

 

Səfərin ilk günü, 13 avqustda, Şuşa şəhərinin “Xarıbülbül” otelində qalan şəhid ailələri Şuşa qalasını ziyarət ediblər. Axşam yeməyindən sonra uşaqlar üçün rəsm məşğələsi təşkil olunub, çəkdikləri əsərlər otelin foyesində sərgilənib və onlara maraqlı, şəkilli kitablar hədiyyə edilib.

Səfərin ikinci günündə iştirakçılar İsa bulağına səfər edib, Cıdır düzünü, Molla Pənah Vaqif məqbərəsini və Gövhər Ağa məscidini ziyarət edib, İcra Hakimiyyətində görüş keçiriblər. Nahardan sonra Bakı şəhərinə yola düşüblər.

 

Səfər zamanı görüşdə şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları dinlənilib. Bu təşəbbüs, şəhid ailələrinin mənəvi dəstəyə olan ehtiyaclarının qarşılanması və dövlətin onlara göstərdiyi diqqətin bir daha nümayişi kimi qiymətləndirilib. “Cahan Şirkətlər Qrupu” və Naxçıvan Şəhid Ailələri İctimai Birliyi bu səfərin təşkilində göstərdikləri dəstəyə görə Prezidentin səlahiyyətli nümayəndəliyinə təşəkkürünü bildirir.

 

Bu ziyarət, həm vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi, həm də onların ailələri üçün unudulmaz və mənəvi baxımdan dəyərli bir xatirə kimi yadda qalacaq.