Cahan_Az

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Sərgilər

17–21 fevral tarixlərində Dubayda 30-cu beynəlxalq “Gulffood-2025” qida sərgisi keçirilib.

Xəbərlər

17–21 fevral tarixlərində Dubayda 30-cu beynəlxalq “Gulffood-2025” qida sərgisi keçirilib.

17-21 fevral tarixlərində BƏƏ-nin Dubay şəhərində 30-cu beynəlxalq qida sərgisi “Gulffood-2025” təşkil edilib.

 

Qlobal qida və içki sektorunun aparıcı nümayəndələrini bir araya gətirən bu zirvədə qida təhlükəsizliyi və qlobal qida istehsalının davamlılığı mövzusunda təqdimatlar aparılıb. Eyni zamanda, qida sənayesində innovasiyaların tətbiqi və yeni biznes imkanları da geniş müzakirə olunub.

Sərgidə 129-dan çox ölkədən 5500-dən çox şirkət iştirak edib.
Qeyd edək ki, tədbirdə “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti də iştirak edib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Sərgilər Tədbirlər

Naxçıvanda KOBİA-nın təşkilatçılığı ilə keçirilən “KOBFEST”də “Cahan Şirkətlər Qrupu”nun məhsulları nümayiş olunub.

Xəbərlər

Naxçıvanda KOBİA-nın təşkilatçılığı ilə keçirilən "KOBFEST"də "Cahan Şirkətlər Qrupu"nun məhsulları nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOBFEST” sərgi satış festivalı keçirilib. Festivalda Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların sərgisi təşkil olunub. Sərgidə “Cahan Şirkətlər Qrupu” MMC-nin tabeliyində olan istehsal müəssisələrinin məhsullarıda nümaiş olunub.

Tədbir çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Naxçıvanda ilk enerji içkiləri istehsal edən “ENNA” MMC-də olub. Qonaqlar müəssisənin məhsulları ilə tanış olub, istehsal gücü haqqında məlumatlandırılıblar. KOBİA tərəfindən dəstək imkanlarından istifadə istiqamətində müzakirələr aparılıb, satış imkanlarının genişləndirilməsi və logistikanın subsidiyalaşdırılmasından danışılıb.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Sərgilər Tədbirlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası ölkələrinin II iqtisadi forumu keçirilib.

Xəbərlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası ölkələrinin II iqtisadi forumu keçirilib.

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.

 

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib. Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, KƏŞ və Azərbaycan arasında nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilib. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Sərgilər Tədbirlər

Naxçıvanın 100 illiyinə həsr olunan “Muxtariyyət kuboku” uğrunda yeniyetmə qızlar arasında voleybol turniri keçirilib.

Xəbərlər

Naxçıvanın 100 illiyinə həsr olunan “Muxtariyyət kuboku” uğrunda yeniyetmə qızlar arasında voleybol turniri keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda yeniyetmə qızlar arasında voleybol üzrə turnir keçirilib.

Azərbaycan və Türkiyə komandalarının qatıldığı yarış, sentyabrın 4-də start götürüb. Turnir, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Turnirdə 8 komanda iştirak edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 7-də keçirilən final oyununu izləyib. “Naxçıvan” və “Əskişəhər” komandalarının gərgin və maraqlı mübarizə zəminində keçən yarışını Olimpiya İdman Kompleksində çoxsaylı tamaşaçı izləyib.

Oyun “Əskişəhər” komandasının 3-2 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ardınca mükafatlandırma mərasimi keçirilib. Sonra “Muxtariyyət kuboku” uğrunda birincilikdə ilk üç yerin qalibləri mükafatlandırılıb. Mükafatlandırmada “Cahan Şirkətlər Qrupu“ MMC-nin Aparat Rəhbəri Azər Cəfər iştirak edib.

Qeyd edək ki, Tədbirin keçirilməsində iştirak edən sponsorlar arasında “Cahan Şirkətlər Qrupu “ MMC-də var.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Sərgilər Tədbirlər

AAF tərəfindən Bakıda Elektrik Avtomobillərin Festivalı təşkil edilib. (7 iyul)

Xəbərlər

AAF tərəfindən Bakıda Elektrik Avtomobillərin Festivalı təşkil edilib. (7 iyul)

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib. Ekoavtomobillərin əhəmiyyətini vurğulamaq və onların üstünlüklərini cəmiyyətə çatdırmaq məqsədi daşıyan bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunub. Ağ Şəhərdə baş tutan festivalda planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənib.

İlk dəfə keçirilən festivalda “Cahan Motors” şirkəti də iştirak edib. Tədbirin baş tutmasında Ağ Şəhər layihəsi, “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri dəstək göstərib. Cahan Motors şirkəti tədbirdə Çinin premium sinif avtomobil markası və rəsmi distribütoru olduğu “Hongqi” brendinin tam elektrik modeli E-QM5 və hybrid modeli H5 ilə çıxış ediblər.

Festivalda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov və Ekologiya naziri Muxtar Babayev də istirak ediblər. “Cahan Motors” şirkətinin direktoru Adil Axundov avtomobillər haqqında geniş məlumatları paylaşıb.