Cahan_Az

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Tədbirlər

Bakıda AIIF 2025 – I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

Xəbərlər

Bakıda AIIF 2025 – I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçirilir. Sentyabrın 22–23-də AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçirilən forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirməyi hədəfləyir.

 

Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası keçirilib.

 

Qeyd edək ki, forumda ASK-nın vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak edib.

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Tədbirlər

“Azərbaycan–Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası Budapeştdə keçirilib”

Xəbərlər

“Azərbaycan–Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası Budapeştdə keçirilib”

Sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. İclasdan əvvəl Azərbaycan nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

İclasda Maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini, genişləndirilməsi imkanlarını və Birgə Komissiyanın növbəti iclasının gündəliyini müzakirə ediblər. Qeyd edək ki, iclasda “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti də iştirak etmişdir.