Cahan_Az

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

“Dayaq” mükafatı sahibkarlara təqdim olunub

Xəbərlər

“Dayaq” mükafatı sahibkarlara təqdim olunub

Dekabrın 16-da 2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Qeyd edək ki, “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da tədbirdə iştirak etmişdir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

Dekabrın 6-da Naxçıvanda “Dövlət-biznes dialoq platforması və perspektivlər” mövzusunda tədbir keçirilib.

Xəbərlər

Dekabrın 6-da Naxçıvanda “Dövlət-biznes dialoq platforması və perspektivlər” mövzusunda tədbir keçirilib.

Dekabrın 6-da Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. “Naxçıvan palas”da davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf, biznes, investisiya mühiti, sahibkarlığın, özəl sektorun iqtisadi inkişafda rolu müzakirə edilib.

Tədbiri giriş sözü ilə “Cahan Şirkətlər Qrupu”-nun təsisçi Vüqar Abbasov açıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Dövlət Vergi Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Naxçıvan Sahibkarlar Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 noyabr 2024-cü il Sərəncamı ilə Naxçıvanda Sənaye Parkının yaradılması özəl sektorun inkişafı üçün daha bir dövlət dəstəyinin dövlət-özəl dialoqu, qarşılıqlı əlaqələrin yaradılması istiqamətində atılan addımlar fonunda bu tədbirin əhəmiyyətli rolu olduğu qeyd edilib.

Tədbirdə, “Cahan Şirkətlər Qrupu”-na daxil olan müəssisə rəhbərləri də iştirak edib. Sonra sahibkarların sualları və təklifləri əsasında geniş müzakirələr aparılıb.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

Dekabrın 2-də Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib.

Xəbərlər

Dekabrın 2-də Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib.

Dekabrın 2-də Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını və Şuranın tərəfdaşlıq mexanizminin əhəmiyyətini vurğulayıb.

Şuranın fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov ticarət əlaqələrinin inkişafı və Azərbaycan biznes ictimaiyyətinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.

Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov biznes-dialoqun intensivləşdirilməsi və tərəfdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-dan çox qurum, o cümlədən “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti də iştirak edib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

Sentyabrın 17-də Bakıda AZPROMO və İraqın Ticarət Palataları Federasiyasının təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu keçirilib.

Xəbərlər

Sentyabrın 17-də Bakıda AZPROMO və İraq Ticarət Palataları Federasiyasının təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu baş tutub.

Sentyabrın 17-də Bakıda İqtisadiyyat Nazirliyi və İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu keçirilib.

 

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı, həmçinin “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

 

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov zəngin tarixə malik Azərbaycan-İraq əlaqələrinin dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində inkişaf etdiyini vurğulayıb.

İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri iki ölkə arasında tarixi bağların olduğunu və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

 

Qeyd edilib ki, iki ölkə arasında siyasi, sosial, turizm və nəqliyyat sahələrini əhatə edən saziş və anlaşma memorandumlarının imzalanması tərəfdaşlığı daha da gücləndirib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

Sentyabrın 16-da Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Xəbərlər

Sentyabrın 16-da Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Sentyabrın 16-da Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin növbəti iclası baş tutub.

İclas zamanı Konfederasiya daxilində yaradılacaq Azərbaycan Arbitraj Mərkəzinin iş prinsipləri, COP29 tədbirində iştirak və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Arbitraj Mərkəzinin yaradılmasının alternativ həlli yolu kimi ölkə iqtisadiyyatına verəcəyi faydalar, arbitrlərin seçilməsi, ümumiyyətlə bu sahədə fəaliyyətin qurulması mərhələləri ilə bağlı De Novo şirkətinin direktoru Kamal Məmmədzadə təqdimatla çıxış edib. K.Məmmədzadə mövzu ilə bağlı sahibkarların suallarını cavablandırıb və xüsusən də xarici arbitrlərlə əməkdaşlıq prinsiplərinə aydınlıq gətirib.

Qeyd edək ki, iclasda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

İyulun 5-də sahibkarlarla “DOST” müfəttiş layihəsinin təqdimatına həsr olunmuş görüş keçirilib.

Xəbərlər

İyulun 5-də sahibkarlarla “DOST” müfəttiş layihəsinin təqdimatına həsr olunmuş görüş keçirilib.

İyulun 5-də “Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, “DOST” müfəttiş layihəsinin təqdimatı” mövzusunda Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sahibkarlarla görüşü keçirilib.

Görüş çərcivəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün işçi icazələrinin alınmasında mövcud vəziyyət müzakirə edilib və bu sahədə Əmək və Məşğulluq Alt Sisteminin (ƏMAS) yenilikləri təqdim olunub.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, eləcə də “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti iştirak etmişdir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

7 iyun tarixində Minskdə Belarus-Azərbaycan Biznes Forumu keçirilib.

Xəbərlər

7 iyun tarixində Minskdə Belarus-Azərbaycan Biznes Forumu keçirilib.

İyunun 7-də Minskdə işgüzar dairələrin Azərbaycan və Belarusun investisiya və ixrac imkanları ilə tanışlığı üçün mühüm platforma olan Belarus-Azərbaycan Biznes Forumu keçirilmişdir.

 

Biznes forumda Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Belarus Ticarət-Sənaye Palatasının sədr müavini Denis Meleşkin, iki ölkənin dövlət rəsmiləri və biznes nümayəndələri iştirak ediblər. Forum çərçivəsində turizm, xarici sərgilərin birgə təşkili və “Azərbaycan Ticarət Evi”ndə satış üçün ayrı-ayrı məhsul növlərinin tədarükü sahələrində üç saziş imzalanıb. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

Naxçıvanda Əməyin Mühafizəsi Günü və 100 illik yubileyə həsr olunmuş konfrans keçirilib.

Xəbərlər

Naxçıvanda Əməyin Mühafizəsi Günü və 100 illik yubileyə həsr olunmuş konfrans keçirilib.

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.

 

 

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov və digər dövlət nümayəndələri çıxışlar etmiş ve panel müzakirələr aparılmışdır.

 

Tədbirdə əməyin mühafizəsi sahəsində müsbət təcrübəyə malik işəgötürənlər və əmək-sosial hüquqlar barədə ictimai maarifləndirməyə töhfə verən QHT-lər təltif ediliblər. Təltif edilənlər arasında “Cahan” Şirkətlər Qrupu MMC-nin istehsal sahəsi olan ENNA MMC-nin icraçı direktoru Ruslan Əlimərdanovda var. Təşəkkürnamə Ruslan Əlimərdanova Milli Məclisin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev tərəfindən təqdim edilib.A

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

Azərbaycan Sahibkarlar Konfederasiyasının 25 illiyinə həsr olunmuş konfrans keçirilib.

Xəbərlər

Azərbaycan Sahibkarlar Konfederasiyasının 25 illiyinə həsr olunmuş konfrans keçirilib.

Aprelin 25-də sahibkarların iştirak ilə “Gülüstan ” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü ” adlı konfrans keçirilib. 

 

Konfransda iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Əvvəlcə Konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

 

Konfrans öz işinə Azərbaycanın Dövlət himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad olunması ilə başlayıb. Konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov (video müraciət), əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Hünər Qrup” şirkətinin təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər.

 

Çıxışlarda ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilib.

 

Tədbirdə sahibkarlığın inkişafına və ASK-nın 25 illiyinə dair filmlər nümayiş olunub, dövlət-özəl dialoqunun inkişafına verdiyi töhfələrə görə bir qrup sahibkar mükafatlandırılıb. Mükafatlandırılanlar sırasında Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasovda var.

Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

Naxçıvan Baş Gömrük İdarəsində sahibkarlar və xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Xəbərlər

Naxçıvan Baş Gömrük İdarəsində sahibkarlar və xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

06 aprel 2024-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsində Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası sədri və üzvləri, eləcə də digər xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilmişdir.


Tədbirdə açılış nitqi edən Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev gömrük nəzarətinin risklərin avtomatlaşdırılmış idarə edilməsi sistemi vasitəsilə həyat keçirilməsinin, malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən keçidinin sürətləndirilməsinin, gömrük qaydalarına könüllü riayət edən şəxslərə əlverişli şərait yaratmaqla sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının və məmur-vətəndaş təmasını minimuma endirməklə şəffaflığın artırılmasının təmin edilməsindən danışmışdır.


Daha sonra Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov çıxış edərək bildirmişdir ki, son dövrlərdə gömrük işində xidmət səviyyəsinin və keyfiyyətinin artırılması istiqamətində aparılan yeni islahatlar sahibkarların da işlərinin asanlaşmasına müsbət töhvələrini vermişdir.


Naxçıvan Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti kapitanı Rəşad Bayramov “Gömrük İNKİŞAF Modeli” haqqında danışmış, “Gömrük İNKİŞAF modeli” 7 əsas komponenti, tətbiq edilən, icrası davam edən və planlaşdırılan layihələr haqqında geniş izah vermişdir. Ardınca “Smart-Bot” mobil tətbiqi haqqında danışaraq, tətbiqin vətəndaşlara 24 saat xidmət edən elektron gömrük bələdçisi olduğunu qeyd etmişdir. Sonra hər iki yeni layihəyə aid videoçarxlara baxılmışdır.


Naxçıvan Baş Gömrük Idarəsinin Rəsmiləşdirmə mərkəzinin rəisi, gömrük xidməti kapitanı Rza Rzalı Yaşıl Dəhliz Buraxılış Sistemi haqında çıxış edərək onun məqsədi və üstünlüklərindən danışmış, sahibkarları bu sistemdən istifadəyə dəvət etmişdir. Naxçıvan Baş Gömrük Idarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti kapitanı Heydər Səmədli gömrük rəsmiləşdirilməsi zamanı aşkarlanmış hüquqpozma faktları barədə məlumatlar vermişdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.