Cahan_Az

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Ramazan Bayramı münasibətilə “Cahan Şirkətlər Qrupu”nun təşkilatçılığı ilə Naxçıvan Sarayda tədbir keçirilib.

Xəbərlər

Ramazan Bayramı münasibətilə “Cahan Şirkətlər Qrupu”nun təşkilatçılığı ilə Naxçıvan Sarayda tədbir keçirilib.

“Cahan Şirkətlər Qrupu”nun təşkilatçılığı ilə Naxçıvan Sarayda Ramazan Bayramı münasibətilə tədbir kecirilib. Tədbiri giriş sözü ilə açan şirkətin müşaviri Daşqın Rəhimov Ramazan bayramının mənəvi dəyərlərindən danışaraq tədbir iştirakçılarını bayram münasibətilə şirkət adından təbrik etdi.

Sonra Naxçıvan şəhəri və Babək rayonu üzrə 150-dən artıq aztəminatlı və valideyn himayəsindən məhrum uşaqlara bayram sovqatı verildi.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

“İnkişafa Doğru” İctimai Birliyi aztəminatlı ailələrə, veteranlara və şəhid ailələrinə sosial dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.

Xəbərlər

“İnkişafa Doğru” İctimai Birliyi aztəminatlı ailələrə, veteranlara və şəhid ailələrinə sosial dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.

“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi aztəminatlı ailələrə, müharibə veteranlarına və şəhid ailələrinə dəstək olmaq, onların sosial problemlərinin həllinə töhfə vermək məqsədilə fəaliyyət göstərir.

Birlik tərəfindən təşkil olunan yardım və hüquqi maarifləndirmə tədbirində “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak etmişdir. Tədbir zamanı birliyin həyata keçirdiyi sosial layihələr və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilmişdir. Sosial inkişaf və yardım sahəsindəki fəaliyyətinə görə Vüqar Abbasov təşəkkürnamə ilə təltif edilmişdir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər

“Cahan Şirkətlər Qrupu” MMC hər zaman olduğu kimi, bayram günlərində şəhid ailələrini diqqət mərkəzində saxlayır.

Xəbərlər

“Cahan Şirkətlər Qrupu” MMC hər zaman olduğu kimi, bayram günlərində şəhid ailələrini diqqət mərkəzində saxlayır.

“Cahan Şirkətlər Qrupu” MMC hər zaman olduğu kimi, bayram günlərində şəhid ailələrini diqqət mərkəzində saxlayır. Ənənələrə sadiq qalaraq bu bayramda da şirkətin Müşaviri və Aparat rəhbərinin iştirakı ilə Qaraxanbəyli və Tumbul kəndlərində olan şəhid ailələri ziyarət edilmiş, onlara bayram sovqatı aparılmışdır.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Səudiyyə Ərəbistan Krallığının Məkkə şəhərində keçirilən “2-ci Məkkə Halal Forumu” artıq başa çatıb.

Xəbərlər

Səudiyyə Ərəbistan Krallığının Məkkə şəhərində keçirilən "2-ci Məkkə Halal Forumu" artıq başa çatıb.

Səudiyyə Ərəbistan Krallığının Məkkə şəhərində keçirilən “2-ci Məkkə Halal Forumu” artıq başa çatıb.

Forum, qlobal halal bazarının inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədilə 25-27 fevral tarixlərində təşkil olunmuşdu. Forumun sərgi hissəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə qurulan Azərbaycan pavilyonunda kənd təsərrüfatı, emal sənayesi, turizm və digər xidmət sahələrini təmsil edən 15 stend fəaliyyət göstərib.

Sərgidə Cahan Şirkətlər Qrupuna daxil olan şirkətlərin məhsulları təqdim olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti də iştirak edib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər

Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Xəbərlər

Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

17-21 fevral tarixlərində BƏƏ-nin Dubay şəhərində 30-cu beynəlxalq qida sərgisi “Gulffood-2025” təşkil edilib.

Qlobal qida və içki sektorunun aparıcı nümayəndələrini bir araya gətirən bu zirvədə qida təhlükəsizliyi və qlobal qida istehsalının davamlılığı mövzusunda təqdimatlar aparılıb. Eyni zamanda, qida sənayesində innovasiyaların tətbiqi və yeni biznes imkanları da geniş müzakirə olunub.

Sərgidə 129-dan çox ölkədən 5500-dən çox şirkət iştirak edib.
Qeyd edək ki, tədbirdə “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti də iştirak edib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Sərgilər

17–21 fevral tarixlərində Dubayda 30-cu beynəlxalq “Gulffood-2025” qida sərgisi keçirilib.

Fevralın 14-də Türk İnvestisiya Fondu ilə TCCI arasında Anlaşma Memorandumu imzalanıb.

Xəbərlər

Fevralın 14-də Türk İnvestisiya Fondu ilə TCCI arasında Anlaşma Memorandumu imzalanıb.

Fevralın 14-də Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə imzalanıb.

Sənədi TCCI və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev imzalayıb. Memorandumda əməkdaşlıq üçün çərçivələr və konkret istiqamətlər müəyyən edilib.

Qeyd edək ki, tədbirdə “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti də iştirak edib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Görüşlər

Naxçıvan Baş Gömrük İdarəsi və “Cahan Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə “ENNA” MMC-də görüş keçirilib.

Xəbərlər

Naxçıvan Baş Gömrük İdarəsi və “Cahan Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə “ENNA” MMC-də görüş keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü, iştirakı və “Cahan Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə “Cahan Şirkətlər Qrupu”na daxil olan “ENNA” MMC-də görüş keçirilib.

Görüşdə gömrük əməkdaşları adıçəkilən müəssisənin fəaliyyəti və istehsal edilən məhsulların çeşidləri ilə yaxından tanış olublar. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri,”Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov şirkət haqqında məlumat verib. Vurğulanıb ki, “ENNA” MMC muxtar respublikada ilk dəfə enerji içkilərinin istehsalına başlayıb.

Bu istehsalla muxtar respublikanın enerji və sərinləşdirici içkilərinə olan tələbatı ödənilir. Müəssisənin fəaliyyəti dövründə hər il istehsal həcmi intensiv olaraq artır, regionlara qazlı içkilərin satışı həyata keçirilir. Türkiyə, Almaniya və digər Avropa ölkələrindən gətirilmiş avadanlıqlarla təchiz olunmuş müəssisənin illik istehsal gücü üç növbəli iş rejimi ilə 200 milyon ədəd dəmir bankadır. “ENNA” brendi olan “Plus Over”, “Buzz tea”, “Buz Cola”, “Dinamit” içkiləri artıq Qazağıstan, Özbəkistan, Gürcüstan, Amerika, Rusiya və İrana ixrac olunur.

İstehsal müəssisəsinin mütəxəssisi tərəfindən gömrük əməkdaşlarına istehsal prosesinin mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müəssisədə fəaliyyət göstərən ən müasir avadanlıq və cihazlarla təchiz olunmuş “Sınaq laborpotoriyası”ında mövcüd analiz və ölçmə cihazları vasitəsilə bütün mallar proqrama uyğun sınaqdan keçirilir. Nəzərə çatdırılıb ki, Türkiyə Respublikasının Kənd Təssərüfatı Nazirliyinin nümayəndə heyətinin yoxlanışından sonar bütün standartlara cavab verən fabrikə “Güvənli istehsal müəssisəsi” adı verilmişdir.

Görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Vüqar Əliyev rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib, gömrük-biznes əməkdaşlıq çərçivəsində rəy və təkliflər dinlənilib, suallar ətraflı cavablandırılıb. Eyni zamanda idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər geniş təhlil olunub.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Yanvarın 29-da Ankara şəhərində Türkiyə–Azərbaycan–Özbəkistan biznes forumu keçirilib.

Xəbərlər

Yanvarın 29-da Ankara şəhərində Türkiyə–Azərbaycan–Özbəkistan biznes forumu keçirilib.

Yanvarın 29-da Ankara şəhərində Türkiyə–Azərbaycan–Özbəkistan biznes forumu keçirilib.

Biznes forumda üç ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və region üçün strateji əhəmiyyət daşıyan investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib.

Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər. Qeyd edək ki, tədbirdə “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak edib.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Cahan Şirkətlər Qrupu şəhidlərimizi ehtiramla yad edir, ailələrinə qayğı göstərir.

Xəbərlər

Dekabrın 26-da Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib.

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz Cahan Şirkətlər Qrupu tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.

Bu məqsədlə Şirkətlər Qrupunun bir qrup əməkdaşı hər ilki ənənəyə sadiq qalaraq adlarını tarixə qızıl hərflərlə yazdırmış Qaraxanbəyli, Qaraçuq və Tumbul kəndlərindən olan şəhidlərin ev muzeylərini və ailələrini ziyarət etmiş, görüş zamanı əməkdaşlar tərəfindən ailələrə Naxçıvan Muxtar Respublikasının Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının sədri,Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasovun təbriki çatdırılmış və bayram hədiyyələri təqdim olunmuşdur.  Şəhidlərimizlə qürur duyduqlarını bildirən qrup üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.