Cahan_Az

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Görüşlər Tədbirlər

NDU ilə Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” arasında innovativ inkişafı dəstəkləyən əməkdaşlıq memorandumu imzalanıb

Xəbərlər

NDU ilə Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” arasında innovativ inkişafı dəstəkləyən əməkdaşlıq memorandumu imzalanıb.

Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev  ali təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib. Rektor bildirib ki,  ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” KŞİ maddi və mənəvi olaraq tələbələrə hər zaman dəstkək olmuşdur. Tələbələrin beynəlxalq layihələrdə iştirakını dəstəkləmiş, onlara maddi və mənəvi dəstəyi hər zaman diqqət mərkəzində saxlamışdır.

 

Sonra Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyasının sədri,  “Cahan Holdinq” KŞİ-nin təsisçisi Vüqar Abbasov qeyd edib ki, ölkədə aparılan islahatların əsas məqsədlərindən biridə  yerli peşəkar kadrların yetişdirilməsi, gənclərin yerli müəssələrdə öz layiqli yerlərini tutmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə tələbələr də onlar üçün yaradılan əlverişli şəraitdən səmərəli istifadə etməlidirlər. Daima öyrənməyə, təcrübə toplamağa çalışan gənclər peşəkar kadr kimi formalaşaraq iqtisadi inkişafa böyük təsir göstərir.   

 

Daha sonra Naxçıvan Dövlət Univerisiteti ilə    Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyası,  “Cahan Holdinq” KŞİ arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda ali təhsil müəssisəsi ilə  Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” KŞİ arasında əməkdaşlığın genişləndirilməsi, İqtisadiyyat fakültəsi üzrə təhsil alan tələbələrin Naxçıvan Sahibkarlar Konfederasiyası və “Cahan Holdin” KŞİ ilə geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaları, əməkdaşlıq çərçivəsində elmi-praktiki konfransların, seminarların, təlim və kursların, motivasiya edici görüşlərin təşkili öz əksini tapıb. Univerisitetdə yaradılacaq Texnoparkda “Cahan Holdinq” KŞİ ilə iş birliyi çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi və təhsil ocağının akademik potensialın birləşdirilməsi nəzərdə tutulub.

 

Sonra  Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev  Naxçıvan Muxtar Respublikası  Sahibkarlar Konfederasiyasının sədri, “CahaHoldinq” KŞİ-təsisçisi Vüqar Abbasova hədiyyələr təqdim edib.

 

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Xəbərlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib. Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, KƏŞ və Azərbaycan arasında nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilib. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.