Naxçıvançay Körpüsü

“Cahan İnşaat” MMC-nin Mənzil Tikinti İdarəsi tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilmiş Naxçıvançay Körpüsü şəhərimizə xüsusi bir gözəllik bəxş edir.
 
 
Bu layihə əsasında körpü ətrafında təmizlik-abadlıq işləri aparılmış, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün körpünün ətrafında səkilər bərpa olunmuşdur.
Körpünün bərpa və təmir işlərində İtalyan istehsalı boyadan, paslanmaz polad kəndirlərdən, Bakı istehsalı üzlük daşlardan istifadə olunmuşdur. Körpüdə yeni və müasir tipli işıqlandırma sistemi quraşdırılıb ki, bu da şəhərə xüsusi bir estetik gözəllik verir.