"CAHAN SƏNAYE KOMPLEKSİ" ASC

“Cahan Sənaye Kompleksi” ASC-də istehsal edilən bütün məhsullarımız yüksək keyfiyyətinə, standartlara və gigiyenik göstəricilərə uyğunluğuna görə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Uyğunluq Sertifikatı almışdır.
 
 
Panel Radiator və Dam Örtükləri Zavodu

Panel Radiator və Dam Örtükləri Zavodu Azərbaycanda panel radiator sahəsində ilk dəfə yaradılmış müəssisə olmaqla yanaşı, həm də bazarın tələblərinə uyğun məhsul istehsal edir. Zavodda 2 adda məhsul, panel radiatorlar və çinkləşdirilmiş dəmir vərəqədən dam örtükləri istehsal olunur.

Zavod “Hidrotam” və “Mumak” markalı avadanlıqlar hesabına istehlakçılara beynəlxalq standartlara tam cavab verən keyfiyyətli məhsullar təklif edir.

Uzunluq ölçüsü sifarişçi tərərfindən müəyyən edilən, 105 sm enində istehsal olunan dam örtükləri yüksək keyfiyyətinə görə daima daxili və xarici bazarlarda öz mövqeyini qoruyur.

Qeyd edək ki, hər iki müəssisədə istehsal olunan məhsullar Rusiya, Qazaxıstan, İraq və digər ölkələrə ixrac olunur. Bu, həm Naxçıvan MR-in ixrac potensialının, həm də ümumilikdə ölkənin ticarət dövriyyəsinin artımına müsbət təsir göstərir.

“Cahan" radiator satış bölməsi fabrikdə istehsal olunan rəngli və sadə dam örtükləri (Şiferlər), kanyoklar, 500mm və 600 mm panel radiatorların satışı ilə məşğul olur. Dam örtüklərinin satışı eni 105 sm, uzunluq ölçüsü və rəngi müştərilərin istəyinə uyğun olaraq hazırlanıb və rənglənir. Yüksək keyfiyyəti ilə seçilən panel radiatorların (500*400 mm-dən - 500*3000 mm-dək və 600*400 mm-dən 60*3000 mm-dək) bütün ölçülərdə satışı həyata keçirilir. Eyni zamanda müştərilərin istəklərinə uyğun olaraq rəngli radiatorlarında satışı təklif olunur.

“Cahan Panel Radiator və dam örtükləri” satış bölməsi 2009-cu ildə yaranmışdır. Satış bölməsi fabrikdə istehsal olunan rəngli və sadə dam örtükləri (Şiferlər), kanyoklar, panel radiatorların satışı ilə məşğul olur. Eyni zamanda müştərilərin istəklərinə uyğun olaraq rəngli radiatorların da satışı təklif olunur.

Satış bölməsinin əsas fəaliyyəti potensial müştərilərin axtarılması, məhsullar haqqında məlumatın verilməsi, daxil olan şikayət və təkliflərə operativ reaksiya verərəkistehsalat rəhbərliyi ilə təhlil aparılması, müştərilərin tələblərinə uyğun sifarişlərin alınaraq məhsuların hazırlanması və təhvil verilməsindən ibarətdir.
Rəhbər: Samir Hümbətov
Telefon: (+99436) 544 56 51
Adres: Azərbaycan k. 20, Naxçıvan AZ7000 / Azərbaycan
Veb Adres: http://www.cahanradiator.com