Ölkəmizin ümumi inkişafı sənaye sektorunun inkişafı ilə düz mütənasibdir. Məhz buna görə dünyadakı texnoloji yenilikləri yaxından izləyərək sənaye sahəsinə sərmayə qoyuluşunu davam etdirir və onun daha da güclənməsinə çalışırıq.

CAHAN TEA

İnsanlıq çayla tanış olduqdan bəri dünyada çaydan çox üstünlük verilən bir içki növü yaranmamış, çay heç vaxt öz populyarlığını itirməmişdir. Bu işdə çay fabrikimiz də öz töhfəsini verən şirkətlərdən biridir. Biz “Ahmad”, “Alokozay”, “Akbar” kimi dünya brendlərini ölkəmizə gətirməklə yanaşı, “Tudor”, “Əlincə”, “Araz”, “Sterlinq”, “Eleqant” markalı çay növlərini də istehsal etməkdəyik. Bu gün artıq fabrikimiz yalnız yerli bazarı deyil, xarici bazarları da təmin etmə gücünə sahibdir.

CAHAN PEN

Son zamanlar bir sıra cəhətlərinə görə seçilən PVC məmulatlarına tələbat olduqca böyükdür. Biz bu məsələyə də qlobal yaxınlaşaraq dünya standartlarına uyğun keyfiyyətli PVC məhsullarını istehsal edən müəssisə yaratmağa müvəffəq olmuşuq. Hal-hazırda bu müəssisədə 80 adda buraxılan məhsul sadəcə ölkə bazarını təmin etməklə kifayətlənməyərək, Rusiya, Qazaxıstan və digər MDB ölkələrinə də ixrac edilməkdədir.

CAHAN RADİATOR

Hər zaman ilkləri gerçəkləşdirmək, idxaldan asılılığı azaltmaq və bazarı yerli məhsullarla təmin etmək əzmi ilə çalışmışıq. Ölkəmizdə ilk dəfə yaradılan və uğurla fəaliyyət göstərən radiator zavodu bu əzmin nümunəsidir. İstehsal etdiyi keyfiyyətli məhsulları ilə bu müəssisəmiz də tərəfdaş və müştərilərin etimadını qazana bilmişdir.