Cahan_Az

Sponsorluq

Cahan Şirkətlər qrupu MMC

Şahin Hüseynov “Donmuş istək” fotoqrafiya sərgisi

“Cahan Holdinq” fəaliyyətində mədəniyyət tədbirlərinin keçirilməsinə önəm verir.

26 may 2015-ci il tarixdə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Şahin Hüseynovun “Donmuş istək” adlı fərdi fotoqrafiya sərgisi keçirilmişdir.

Sərgidə fotoqrafın 50 fotosu nümayiş olunub. Fotolarda əsasən təbiət mənzərələri, dostluq mövzusu, ekologiya problemləri, xarici həyat tərzi, memarlıq fraqmentləri, portretlər və başqa mövzular əks olunmuşdur. Bu fotolar 2000-ci ildən 2015- ci ilədək olan dövrü əhatə edir. Şəkillər əsasən Azərbaycan və digər dövlətlərdə – Belçika, Fransa, Hollandiya, İran, Rusiya və Gürcüstanda çəkilmişdir.

Cahan Şirkətlər qrupu MMC

2015-ci il Avropa oyunları

2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları Azərbaycanın tarixində əlamətdar hadisə kimi yadda qaldı. Bu mötəbər idman tədbirinə dəstək göstərən əsas yerli sənaye müəssisələrindən biri də Cahan Holdinqin tərkibində fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodu olmuşdur.

Zavod, Bakı 2015 Avropa Oyunlarının rəsmi dəstəkçisi kimi çıxış edərək, ölkəmizin beynəlxalq miqyasda tanıdılması və idmanın inkişafına töhfə vermək istiqamətində önəmli addım atmışdır. Bu əməkdaşlıq çərçivəsində Naxçıvan Avtomobil Zavodu, oyunların loqosunu daşıyan xüsusi nəqliyyat vasitələri və digər texniki dəstəklə tədbirin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini vermişdir.

Bu tərəfdaşlıq, zavodun milli layihələrə verdiyi əhəmiyyəti və sosial məsuliyyət prinsiplərini ön planda saxladığını bir daha nümayiş etdirmişdir.

Cahan Şirkətlər qrupu MMC

ŞAHMAT ÜZRƏ DÜNYA KUBOKU

2015-ci il Azərbaycan üçün bir çox hadisələrlə əlamətdar olmuşdur. Bu önəmli hadisələrdən biri də şahmat üzrə Dünya Kubokuna Azərbaycanın ev sahibliyi etməsidir.

Sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) şahmat üzrə ən vacib yarışlarından biri olan – Dünya Kubokuna start verilmişdi və Oktyabrın 5-nə qədər davam etmişdi.

Tədbirə bir çox qurumlarla yanaşı, “Cahan Holdinq” KŞİ da yaxından əməkdaşlıq etmişdir. “Cahan Holdinq” şahmat üzrə Dünya Kubokunun yüksək səviyyədə keçirilməsinə fəal və peşəkar şəkildə dəstək göstərmişdir. Bu münasibətlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən “Cahan Holdinq”ə təşəkkür məktubu ünvanlanmışdır.

Cahan Şirkətlər qrupu MMC

"Maşın" şou - 2019

Cahan Holding” KŞİ televiziyanın ATV kanalında yayımlanan “Maşın Şou”-nun 18-ci buraxılışına sponsorluq edərək, əsas mükafat kimi  “CAHAN MOTORS”un rəsmi distribütoru olduğu “OPEL İNSİGNİA” avtomobilini təqdim etmişdir. 

 

Veriliş çərçivəsində “Cahan Holding” KŞİ-nin nümayəndələri də  çəkilişlərə dəvət alaraq çıxışlar edib, Şirkətimizin fəaliyyəti barədə danışıb, iştirakçılara “Opel” brendinə məxsus müxtəlif hədiyyələr təqdim etmişdilər. Şounun sonunda qalibə Şirkətimiz tərəfindən verilişə təqdim olunmuş “OPEL İNSİGNİA” avtomobilinin açarları hədiyyə olaraq verilmişdir.


Bundan əlavə iştirakçıları “Cahan Holding” KŞİ –na qonaq qismində dəvət edərək şirkətimizin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün şərait yaradılmışdır.

 

https://youtu.be/Y5nkIyt2Dkg

Cahan Şirkətlər qrupu MMC

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Naxçıvan Marafonu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ildə Naxçıvan şəhərində genişmiqyaslı qaçış marafonu təşkil edilmişdir. Marafon Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilmişdir.

 

Tədbirdə yüzlərlə yerli və xarici iştirakçı, idmançılar və qaçış həvəskarları iştirak etmiş, fiziki sağlamlıq, birlik və vətənpərvərlik kimi dəyərlər ön plana çəkilmişdir. Marafonun əsas məqsədi Heydər Əliyevin gənclərə və idmana verdiyi önəmi bir daha vurğulamaq və onun irsini yad etmək olmuşdur.

Cahan Şirkətlər qrupu MMC

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş - “Əziz Şuşa” Beynəlxalq Velo Turu

2023-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycanda bir sıra əlamətdar tədbirlər həyata keçirilmişdir. Bu silsilə tədbirlər çərçivəsində təşkil edilən “Əziz Şuşa” Beynəlxalq Velo Turu ölkənin idman həyatında xüsusi yer tutmuşdur.Yarışın uğurla həyata keçirilməsində özəl sektorun, xüsusilə yerli brendlərin dəstəyi də xüsusi rol oynamışdır. “Cahan Holdinq”in “Plus Ower” enerji içkisi brendi bu nüfuzlu beynəlxalq turnirə rəsmi sponsor qismində dəstək göstərmişdir. Sponsorluq çərçivəsində Plus Ower brendi iştirakçılara və təşkilati heyətə enerji məhsulları ilə təminat yaratmaqla yanaşı, bu önəmli idman tədbirinin daha geniş kütlələrə çatdırılmasına töhfə vermişdir.

Cahan Şirkətlər qrupu MMC

MİNİ FUTBOL ÜZRƏ DÜNYA KUBOKU

2025-ci il Dünya Minifutbol Federasiyası Dünya Kuboku, kişi milli minifutbol komandaları üçün keçirilən beynəlxalq turnir olan WMF Dünya Kubokunun sayca beşinci təşkilatı olmuşdur. Bu mötəbər idman tədbiri 2025-ci ilin 21 may – 1 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdur. Dünyanın müxtəlif ölkələrindən ən güclü minifutbol yığma komandalarının iştirak etdiyi bu yarış yüksək səviyyədə təşkil olunmuş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir.

Turnirin final matçında Azərbaycan milli komandası, doğma azarkeşlər qarşısında Macarıstan yığması ilə qarşılaşmış və rəqibini 4:2 hesabı ilə məğlub edərək çempion adını qazanmışdır