"CAHAN RED-2" MMC

Bu gün artıq hamının tanıdığı və çoxlarının sevimli içkisinə çevrilmiş “Red Bull” enerji içkisinin yaradılması ideyası 1984-cü ildə meydana çıxıb və onun yaradılmasına 3 il gərgin əmək sərf olunub.
 
 
1987-ci ildə məhsul “bədən və can cürətləndirmək” üçün enerji içkisi – “Red Bull” adı ilə bazara daxil olub və elə həmin vaxtdan da bütün dünyanı müvəffəqiyyətlə fəth etməyə başlayıb. Beləliklə, “Red Bull” enerji içkisi əqli və fiziki gərginliyin artdığı vaxtlarda istifadə etmək üçün hazırlanmış funksional içkidir. İndi mövcud olduğu şəkildə bu məhsul Avstriyada yaranıb, 1994-cü ildə isə “Red Bull” ilk dəfə “Vətən”dən kənarda – Almaniyada peyda olub. 1997-ci ildə isə bu məhsul bütün Avropa bazarlarına çıxır və okeanları üzüb keçərək Şimali və Cənubi Amerikanı və Avstraliyanı fəth edir. Azərbaycana isə “Red Bull” 2004-cü ildə gəlib. Burada sınaq satışları keçirdikdən sonra “Red Bull GmbH” ilə Azərbaycanda 4 il rəsmi nümayəndəsi olan “Cahan Red-2” şirkəti arasında distributor müqaviləsi imzalanıb. Sazişi dərhal imzaladıqdan sonra şirkət pərakəndə satış sistemini təşkil etdi və inkişaf prinsiplərini müvəffəqiyyətlə reallaşdırdı. Reklam layihələrini reallaşdırmaq üçün 2005-ci ildə kompaniyada marketinq şöbəsi yaradılıb və onun qarşısında duran əsas vəzifə bu və ya digər məqsədli auditoriyanın maraqlarına yönəlmiş tədbirlər təşkil etməklə, istehlakçıları “Red Bull” brendi ilə tanış etməkdir. Şirkətin Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə və Qubada nümayəndəlikləri var. Həmin şəbəkə vasitəsilə yaxın rayonlarda yerləşən ticarət nöqtələrinə məhsulun satışı təşkil olunur. Bütün bunların sayəsində “Cahan Red-2” şirkəti “Red Bull” enerji içkisinin satış tempini yerli bazarda illik 100% artırmağa nail olur. Lakin “Cahan Red-2” şirkətinin fəaliyyət dairəsi sadəcə məhsulun istehlakçıya təqdim olunması ilə məhdudlaşmır. “Red Bull GmbH” ekstremal idman növlərinin inkişafına imkan yaradan tədbirlərin daim təşkilatçısı və ya rəsmi sponsorudur və bütün dünyada 500 ekstremal idmançıya dəstək verir. “Red Bull GmbH”ın tərəfdaşı olaraq “Cahan Red-2” şirkəti bu cür tədbirlərin Azərbaycanda da keçirilməsini planlaşdırır.
Telefon: (+99412) 490 46 91
Adres: Babək pr. 21/99, Bakı AZ1031 / Azərbaycan
Veb Adres: http://www.cahanred.com