İqtisadi yüksəlişimizin təməl mənbələrindən biri inşaat sektorunda atdığımız düzgün proqnozlaşdırılmış və qətiyyətli addımlardır. İstər bu günə qədər həyata keçirdiyimiz, istərsə də gələcəkdə gerçəkləşdirməyi düşündüyümüz layihələrdə ənənələrə sadiqliklə bərabər, müasir memarlığa və innovativ mühəndis həllərinə üstünlük vermişik və verəcəyik..

CAHAN SƏNAYE KOMPLEKSİ LAYİHƏSİ

Sənayeyə sərmayə qoyuluşunu davam etdirərək, istehsal müəssisələrimizi tək bir mərkəzdə toplamaq qərarına gəldik. “Cahan Sənaye Kompleksi” layihəsi belə yarandı. Hal-hazırda layihə tam gücü ilə həyata keçirilməkdədir.

GƏNCLƏR ŞƏHƏRİ

Hər bir ailə üçün ən böyük prioritet, heç şübhəsiz, mənzildir. Bunu əsas tutaraq gənc ailələrin mənzil sahibi olma xəyalını gerçəkləşdirdik. Geniş bir ərazini tutan, 6 blok və 506 mənzilli "Gənclər Şəhəri" layihəmizlə artıq hər bir ailə xəyalının mənzilinə qovuşacaq. Burada müasir yaşamın bütün atributları- geniş oyun sahə və parkları, kafe və restoranlar öz əksini taparaq, firavan həyat üçün münbit zəmin yaradacaqdır.

CAHAN BETON

Ölkəmizdə inşaat sektorunun durmadan inkişafı inşaat materiallarına olan tələbatı da artırmaqdadır. Bu tələbatı yerli və eyni zamanda, keyfiyyətli materilarla təmin etmək məqsədilə Beton Məmulatları İstehsalı zavodunun əsasını qoyduq. Bu gün artıq bu müəssisəmiz bir sıra layihələri yüksək keyfiyyətli beton məmulatları ilə təmin etmək iqtidarındadır.

CAHAN MAŞIN - MEXANİZM

İnşaat sektorunun inkişafında xüsusi təyinatlı ağır texnika və nəqliyyat vasitələrinin önəmi danılmazdır. Bu baxımdan həmin sahəyə qoyduğumuz böyük sərmayə tam əsaslıdır.

Arsenalımızda olan 100-dən artıq “CAT” və “Mercedes” markalı ağır texnika və nəqliyyat vasitəsi nəinki sadəcə inşaat sahəsinə göstərdiyimiz diqqəti, bütövlükdə işimizin keyfiyyətinin göstəricisidir.