CAHAN MOTORS

Gerçək alman texnologiyası və keyfiyyətinin vəhdəti hesab edilən “Opel” markalı müxtəlif təyinatlı avtomobillərin rəsmi təmsilçisi olmaqla, ölkəmizdə nəqliyyat vasitələrinə olan yüksək tələbatı təmin edir və üstün səviyyəli texniki xidmət həyata keçirdirik.

AVTOMOBİL SERVİS MƏRKƏZİ

Avtomobilinizi mütəxəssislərə etibar edin!

Bakı və Naxçıvan şəhərlərində yerləşən avtoservislərimiz ən müasir və dünyada öndə gedən istehsalçılardan olan avadanlıq ilə təchiz olunub. Bu bizə bütün lazım olan texniki xidmət və təmir işlərini yüksək səviyyədə və tez bir zamanda həyata keçirmək imkanı yaradır. Uzunmüddətli təcrübəsi olan avtoservisin heyyəti avtomobilin hər bir probleminə diqqətlə yanaşır və məsələnin həll edilməsi üçün ən optimal variantı təklif edir.

AVTOMOBİL SATIŞ MƏRKƏZİ

Opel avtomobilləri - bizim fəxrimiz və ehtirasımızdır.

Bakı və Naxçıvan şəhərlərində “Opel” avtomobillərinin bütün modellərinin satışı üçün korporativ standartlara riayət edilməklə inşa edilmiş geniş nümayiş salonlarında müştərilərə təqdim olunur. Opel markasının Azərbaycandakı rəsmi distrübyutoru olan “Cahan Motors” xüsusi olaraq təşkil edilmiş Opel sərgi salonunda çox çeşidli elit avtomobilləri təqdim edir.