2015-ci il Azərbaycan üçün bir çox hadisələrlə əlamətdar olmuşdur. Bu önəmli hadisələrdən biri də şahmat üzrə Dünya Kubokuna Azərbaycanın ev sahibliyi etməsidir.
Tədbirə bir çox qurumlarla yanaşı, “Cahan Holdinq” KŞİ da yaxından əməkdaşlıq etmişdir. “Cahan Holdinq” şahmat üzrə Dünya Kubokunun yüksək səviyyədə keçirilməsinə fəal və peşəkar şəkildə dəstək göstərmişdir. Bu münasibətlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfində holdinqin prezidenti V.Abbasova təşəkkür məktubu ünvanlanmışdır. Məktubda V.Abbasovun şahmat üzrə Dünya Kubokuna göstərdiyi dəstək yüksək qiymətləndirilmiş, nümayiş etdirdiyi yüksək peşəkarlıq və tərəfdaşlığa görə komitə tərəfindən təşəkkür bildirilmişdir.