Səfir Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasını ziyarət edib.
Səfəri çərçivəsində Hörmətli səfir Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqının “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri, dam örtükləri istehsalı müəssisəsi və Plastik Məmulatları istehsalı müəssisəsi ilə tanış olmuşdur. Tanışlıq zamanı diplomata məlumat verilib ki, İstilik panelləri və dam örtükləri müəssisədə 5620 kvadratmetr sahədə müasir avadanlıqlar quraşdırılmaqla dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb. Plastik Məmulatları müəssisəsi isə 14000 kv metr sahədə Türkiyə, İtaliya və Tayvan istehsalı olan avadanlıqlar quraşdırılmaqla tam avtomatlaşdırılmışdır. Müəssisədə 7 növdə 160 çeşitdə məhsul istehsal olunur.