Sahibkarlar günü qeyd olunmuşdur.
Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası, İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilmişdir. Görüşdə İqtisadiyyat naziri F. Seyidov və Sahibkarlar Konfederasiyasının sədri V. Abbasov çıxış edərək, 25 aprel tarixinin Sahibkarlar günü kimi qeyd olunmasını dövlətimizin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirmiş və bu tarix münasibəti ilə sahibkarları təbrik etmişdir.
Tədbirin sonunda müəyyən nominasiyalar üzrə sahibkarlar mükafatlandırılmışdır.
Tədbirin sonunda müəyyən nominasiyalar üzrə sahibkarlar mükafatlandırılmışdır.