Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı.
V. Abbasov Prezidentə müraciətlə demişdir: “Ötən ilin dekabrında muxtar respublikaya səfəriniz zamanı müxtəlif təyinatlı sosial obyektlərin, eləcə də sənaye kompleksinin açılışında iştirakınız və aparılan quruculuq işlərinə verdiyiniz qiymət muxtar respublikada qurub-yaratmaq əzmini daha da yüksəltmişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyiniz dövlət proqramının uğurlu icrası nəticəsində ölkədə, o cümlədən muxtar respublikada sahibkarlıq fəaliyyəti genişlənmiş, yeni müəssisə və iş yerləri yaradılmışdır”.
Daha sonra holdinqin rəhbəri özəl sektorun Azərbaycan iqtisadiyyatındakı payından və rolundan danışaraq, ÜDM-də özəl sektorun payının artmasından, bunun da sektora göstərilən diqqət və qayğının bariz göstəricisi olmaqla yanaşı, həm də özəl sektorun inkişafının nişanəsi olduğunu vurğulamışdır. Bu inkişafdan “Cahan Holdinq”in də öz nəsibini aldığını qeyd edən V. Abbasov kiçik şirkətdən ticarət, inşaat, xidmət və istehsal sahələrini əhatə edən nəhəng bir quruma çevrilən holdinqin artıq bir sıra irimiqyaslı layihələrdə iştirak etdiyini, belə layihələrdən biri olan “Gənclər şəhəri” vasitəsilə gənc ailələrin mənzil probleminin aradan qaldırılması istiqamətində görülən işlərin əhəmiyyətini, istehsal olunan bir sıra ərzaq və tikinti məhsullarının daxili bazarla yanaşı, xaricə də ixrac olunmasını qeyd etmişdir.
V. Abbasov sonda “Biz, iş adamları, öz növbəmizdə respublikamızda sahibkarlığa göstərilən diqqət və qayğını tam dərk edir, dövlət və cəmiyyət qarşısındakı mənəvi məsuliyyətimizi heç vaxt unutmuruq. Biz, sahibkarlar, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə müəyyənləşdirdiyiniz vəzifələrin icrasında bundan sonra da fəal iştirak edəcəyik” deyərək Azərbaycan Respulikasının Prezidentinə minnətdarlığını bildirmişdir.