"PlusOwer" və "BuzzTea" içkilərinin fərqli və möhtəşəm təqdimatı keçirilib.
25 iyul, 2023-cu ildə Cinema Plus kinoteatrında “Cahan Holding”-in brendləri olan PlusOwer və BuzzTea içkilərinin reklamlarının möhtəşəm tədbirlə təqdimatı keçirilib.
Tədbir brendlərin reklam tərəfdaşı CinemaPlusun Genclik Mall-dakı kinoteatrında təşkil olunub. Təqdimatdan öncə qonaqlar üçün furşet və canlı musiqi təşkil edilib. Furşet zamanı şirkətin Marketinq direktoru Müşfiq İskəndərov holdinqin təsisçisi Vüqar Abbasova reklam yenilikləri barədə məlumat verib. Vüqar Abbasov da öz növbəsində görülən işlər barədə öz fikirlərini bölüşüb.
Daha sonra, qonaqlar üçün kinoteatrın VİP zalında ən yeni kino kameralarla çəkilən reklamların nümayişi təşkil olunub. Tamaşaçılar BuzzTea-nin 2 və PlusOwer-in 1 yeni reklam videosunu seyr ediblər. Daxili müzakirələr zamanı reklam roliki tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
“Cahan Holding”-in təsisçisi Vüqar Abbasov reklamların təqdimatından sonra çıxış edərək sərinləşdirici içkilər sahəsində holdinqin gördüyü işlərdən danışıb. “Biz qısa müddətdə böyük işlər görmüşük. Bundan sonra da görüləsi işlər çoxdur. Amma mənim üçün əsas məsələ keyfiyyətdir. Mən sevinirəm ki, keyfiyyətli məhsul istehsal edirik. Biz özümüz, ailəmiz də istehsal etdiyimiz məhsulları alıb içirik.” deyə o, əlavə edib.
Qeyd edək ki, CinemaPlus ilə reklam əməkdaşlığı çərçivəsində PlusOwer və BuzzTea reklamları CinemaPlus kinoteatrlarının bütün zallarında filmlərdən qabaq nümayiş olunacaq. Bundan başqa Gənclik Mall-dakı CinemaPlus kinoteatrı tamamilə Buzz Tea markası ilə brendləşdirilib.