Naxçıvanda ilk “Yeraltı avtomobil dayanacağı” şəhər sakinlərinin istifadəsinə verildi.
“Cahan İnşaat” MMC-nin Mənzil-Tikinti İdarəsi tərəfindən inşası başa çatdırılan, müasir standartlara cavab verən 150 yerlik “Yeraltı avtomobil dayanacağı” şəhər sakinlərinin istifadəsinə verildi.
4000 kv.m. sahəni əhatə edən yeraltı avtomobil dayanacağı müasir elektronik sistemlə təchiz olunmuş, avtomobillərin giriş və çıxışları avtomatlaşdırılmış şəkildə idarə olunur. Dayanacaq fasiləsiz təhlükəsizlik xidməti və kamera sistemi ilə, çirkli qazların təmizlənməsi üçün mərkəzləşdirilmiş havalandırma, müasir splinqler tipli yanğınsöndürmə sistemi və yanğınsöndürmə balonları ilə təchiz olunmuşdur. Dayanacağın girişində olan tabloda boş yerlər haqda məlumat öz əksini tapır. Dayanacaqda eyni vaxtda 6 avtomobilə xidmət edə biləcək yuyucu sexi və vətəndaşların rahatlığı üçün lift sistemi, ticarət obyektlərinə xidmət edəcək anbarlar da fəaliyyət göstərir.
Dayanacaqdan istifadə edən sakinlər dayanacağın istifadəyə verilməsindən xeyli razı qaldıqlarını və dayanacağın tikintisində əməyi olanlara öz minnətdarlıqlarını bildirmişlər.