“Magna” markası “Aqua Therm Baku 2018” sərgisində təqdim edilib.
Sərgidə “Magna” ən gözəl stend dizaynı mükafatına laiq görülüb.
“Cahan Sənaye Kompleksi”nin tərkibində olan “Magna” markası 4 əsas istiqamətdə fəaliyyət göstərir. Bu istiqamətlər PPR, plastik boru və əlavə hissələri, qapı pəncərə sistemləri üçün PVC profillər, saidinq və fasad örtükləri, radiator və dam örtüklərinin istehsalıdır. Regionun ən mühüm plastik boru və əlavə hissə istehsalçısı mövqeyinə çatmış “Magna” dünyada bu işin mütəxəssisi olan markalarla əməkdaşlıq çərçivəsində əhəmiyyətli addımlar atır. İlk dəfə “Aqua Therm Baku 2018” sərgisində iştirak edən “Magna” burada istehsal etdiyi məhsulları təqdim edib və ən gözəl stend dizaynı mükafatına laiq görülüb. Naxçıvan Muxtar Respublikasında istehsal olunan və Azərbaycanın 8 fərqli bölgəsində yerləşən 10 ofisi ilə satış və satış sonrası xidmət verməkdədir.