“Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov çıxış edərək, yaradılan şəraitə görə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının kollektivi adından minnətdarlıq etmişdir.
Ərazidə ikisi 9 mərtəbəli, ikisi 11 mərtəbəli və ikisi 13 mərtəbəli olmaqla, 6 bina inşa olunmuşdur. Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulmuşdur. Yaşayış binalarının tikintisi yüksək keyfiyyətlə aparılmış və obyektdə yerli inşaat materiallarından istifadəyə üstünlük verilmişdir