“Əyləncə adası”nda konsert proqramı keçirilmişdir.

11 iyun 2017-ci il tarixində sosial yönümlü tədbirlərin icrası olaraq Cahan AVM-in təşkilatçılığı ilə “Əyləncə adası”nda Azərbaycanın tanınmış müğənilərinin iştirakı ilə konsert təşkil olunmuşdur.
Konsert proqramı insanların istirahətlərini səmərəli qurmaları, asudə vaxtlarını dolğun və mənalı keçirmələri məqsədi ilə təşkil olunmuş, hamı üçün açıq olmuşdur. Konserti peşəkar aparıcı Yaqub İsayev aparmış, tanınmış ifaçı Günay Əjdərova və məşhur rep ifaçısı Qurd öz mahnılarını oxumuşlar. Dj Qafqaz musiqi nömrələri səsləndirmişdir.
Konsert olduqca şən və maraqlı keçmiş, iştirakçılar əylənmişlər. Konsertin ikinci hissəsində ənənəvi olaraq uduş kampaniyası keçirilmişdir.