“Əyləncə adası”nda Azərbaycan ulduzlarının iştirakı ilə növbəti konsert proqramı keçirilmişdir.
Konsert proqramı insanların istirahətlərinin səmərəli qurmaları, asudə vaxtlarının dolğun və mənalı keçirmələri məqsədi ilə təşkil olunmuş, hamı üçün açıq olmuşdur. Konserti peşəkar aparıcı Könül Muxtarova aparmış, tanınmış ifaçılar Sevil və Sevinc Səfərova bacıları və Elçin Cəfərov öz mahnılarını oxumuşlar. Dj Qafqaz musiqi nömrələri səsləndirmişdir.
Konsert olduqca şən və maraqlı keçmiş, iştirakçılar əylənmişlər.
Əyləncəli konsert proqramında müsabiqə iştirakçılarına sürpriz hədiyyələr də verilmişdir.