Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları “Cahan Holdinq”də seminar keçirmişlər.
Tədbiri “Cahan Holdinq”in Aparat rəhbəri Azər Cəfərov açaraq qonaqları salamlamışdır. Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Ruslan Ələkbərov çıxış edək əməyin mühafizəsinin önəmindən danışmışdır. “Cahan İnşaat” MMC-nin Mənzil-Tikinti İdarəsinin Əməyin Mühafizəsi mütəxəssisi Bülent Pala təhlükəsizlik texnikasının norma və prinsipləri haqqında məlumat vermişdir. Daha sonra müxtəlif suallar cavablandırılmış, təkliflər verilmişdir.