“Cahan Tobacco International" yeni "Line X" siqaret məhsulunu təqdim etdi.
"Line X" siqaretləri tütünün keyfiyyəti, filtr və qablaşdırmanın dizaynı ilə digər yerli siqaret markalarından fərqlənən ilk yerli məhsuldur.
Noyabr ayında "Cahan Tobacco Internatioanal" MMC-nin satışa çıxarmış yeni siqareti Want "Line X" ilə bağlı böyük təqdimat iclası keçirmişdir. "Line X" böyük əksəriyyəti aşağı seqmentə aid olan yerli siqaret məhsulları arasında digər yerli siqaret markalarından həm tütün keyfiyyəti, həm filtri, həm də qablaşdırma dizaynı ilə fərqlənən ilk yerli siqaret məhsuludur. 4 noyabr 2019-cu il tarixdə yerli bazara təqdim edilmiş "Line X"in təmsil olunduğu seqmentdə rəqibləri yalnız dünyada məşhur olan böyük siqaret şirkətlərinin siqaret məhsullarıdır. Məhsulun bazara çıxmasının bir həftəsinin tamamında keçirilən tədbirdə, şirkətin icraçı direktoru Serhat Eroğlu təqdimatla çıxış etmiş və yeni "Line X" markalı siqaretin seqmenti, bazar mövqeləndirilməsi, hədəf kütləsi haqqında və məhsulun ərsəyə gəlməsi mərhələləri haqqında məlumat vermişdir. Serhet Eroğlu yeni "Line X" məhsulunun bütün hissələrinin dünya standartlarına cavab verəcək şəkildə hazırlanmasını detallı şəkildə izah etmişdir. İclasda həmçinin 1 həftənin tamamında yeni məhsulun satış nöqtələrinə distribusiyası rəqəmlərinə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, iclasda "Cahan Holding" KŞİ-nin Prezidenti Vüqar Abbasovda iştirak etmişdir. Öz çıxışında V.Abbasov CTİ komandası və qonaqlarını 9 noyabr Azərbaycan Respublikasının bayraq günü münasibətilə və yeni məhsulun uğurla bazara təqdim edilməsi ilə bağlı təbrik etmişdir.