“Cahan Tobacco International” Dubayda fəaliyyətə başlamış “Azərbaycan Evi”ndə.
Yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən məşhur "The Mall" Ticarət Mərkəzində Azərbaycan Ticarət Evi açılıb.
İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın bu ölkədə satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Üç bölmədən ibarət kompleksdə Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi, milli kulinariya, turizm, tarixi mədəni dəyərlərin təbliğ olunduğu mərkəz və Azərbaycana məxsus çeşidli qida sənaye və kosmetik məhsulların idxalı ilə məşğul olan marketing şöbələri eləcə də “Cahan Holdinq” in brendi olan “Cahan Tobacco International” da mövcuddur.