“Cahan Motors” MMC-nin Avtomobil Xidməti Müəssisəsində boya satış bölməsi istifadəyə verildi.

“Cahan Motors” MMC-nin Avtomobil Xidməti Müəssisəsində maşın boyalarının və boya ləvazimatlarının topdan və pərakəndə satış bölməsi fəaliyyətə başladı.
Yenicə fəaliyyətə başlamış satış bölməsi dünyada məşhur maşın boyası istehsalçılarından olan Belçikanın “Duxone”, Fransanın “3M”, Polşanın “Novol”, Almaniyanın “4CR”, “Colomix” boyaları və boya ləvazimatlarının həm topdan, həm də pərakəndə olaraq satışını həyata keçirir.