“Cahan Holdinq”in təşkilatçılığı ilə “Əyləncə adası”nda növbəti konsert proqramı keçirilmişdir.
Konsert proqramı insanların istirahətlərinin səmərəli qurmaları, asudə vaxtlarının dolğun və mənalı keçirmələri məqsədi ilə təşkil olunmuş, hamı üçün açıq olmuşdur. Konserti peşəkar aparıcı Könül Muxtarova aparmış, mahnı nömrələrini tanınmış ifaçılar İradə Mehri və Talıb Tale oxumuşlar. Tanınmış Dj Qafqaz öz musiqilərini səsləndirmişdir.
Konsert olduqca şən və maraqlı keçmiş, iştirakçılar əylənmişlər. Əyləncəli konsert proqramında uşaqlara sürpriz hədiyyələr də verilmişdir.