Cahan Holdinqin prezidenti V. Abbasov tələbələrlə görüş keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” sərəncamının icrası məqsədilə təşkil olunan görüşü giriş sözü ilə İqtisad fakültəsinin dekanı, dosent Mehdi Bağırov açıb.
“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov “Cahan Holdinq” Şirkətlər İttifaqının fəaliyyət sahələri haqqında” adlı məruzəsində “Cahan Holdinq”in yaranma tarixi və fəaliyyət sahələri haqqında geniş məlumat verib.
Tədbir diskussiya şəklində davam edib, tələbələrin sualları V. Abbasov tərəfindən cavablandırılıb.