“Cahan Holdinq”də Aparat rəhbərinin başçılığı ilə iclas keçirilmişdir.
“Cahan Holdinq” KŞİ-də Aparat rəhbəri Azər Cəfərovun başçılığı ilə yığıncaq keçirilmişdir. Toplantıda “Cahan Holdinq”in Audit şöbəsi tərəfindən holdinqin müəssisələrində aparılan inventarizasiya və onun nəticələri haqqında Aparat rəhbəri A.Cəfərov məlumat vermiş, daha sonra Holdinqin Audit şöbəsinin müdiri Fariz Tapdıqlı və Holdinqin Baş mühasibi Qılman Qazıyevin də çıxışları dinlənilmişdir.