“Cahan Holdinq” şirkətlər qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürdü
2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus pandemiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılan “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun xəzinə hesabına “Cahan Holdinq” şirkətlər qrupu tərəfindən 150.000 manat ianə köçürülüb.