"Cahan Holdinq” şirkətlər qrupu dünyada elan olunan virusun qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə fəal qoşulub.
"Cahan Holdinq” şirkətlər qrupu dünyada elan olunan virusun qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə fəal qoşulub. “Cahan Holdinq” şirkətlər qrupu dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasına təsirlərinin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə fəal qoşulub. Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən bütün mağazaların kirayə haqqları 1 aprel 2020-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək 50 faiz azaldılıb. Həmçinin, Gənclər Şəhərciyi Yaşayış Kompleksində bütün sakinlərinin 1 aylıq (1 aprel 2020-ci il) kommunal ödənişləri ləğv edilib, kirayə qalan sakinlərin isə 1 aylıq ödənişi 150 manat azaldılıb. Eyni zamanda, yaşayış kompleksinin əhatəsində olan mağazaların 1 aylıq kommunal ödənişlərinin də ləğv edilməsi nəzərdə tutulur.