“Cahan Holdinq” Şirkətlər İttifaqının kollektivi N saylı hərbi hissəyə sovqat aparıb.
Torpaqlarımızın azadlığı uğrunda aparılan gərgin döyüşlərdə Milli Ordumuza dəstək məqsədilə Muxtar Respublikada xalq-ordu birliyinə nümünə olaraq Vətənimizin keşiyində ayıq-sayıq dayanan əsgərlərimizə “Cahan Holdinq” Şirkətlər İttifaqının kollektivi N saylı hərbi hissəyə sovqat aparıb.
Tədbirdə ittifaqın aparat rəhbəri Azər Cəfərov döyüş ruhlu əsgərlərə xoş arzularını çatdırıb. Bildirib ki,birliyimiz möhkəm və davamlı olduqca düşmənlərin ölkəmizə istənilən məğlubiyyəti mənfur niyəti boşa çıxır. Hərbi hissənin əsgəri Sahib Əliyev gətirilən sovqata görə minnətdarlığını bildirib.