“Cahan Holdinq” KŞİ-nin prezidenti Vüqar Abbasov “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüşüb.
Tədbirdə startapların yaradılması və istehsalatda tətbiqi məsələləri müzakirə olunub.
Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası olaraq “Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, Cahan Holding KŞİ – nin prezidenti Vüqar Abbasov “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisasında təhsil alan tələbələri ilə görüşüb. Vüqar Abbasov çıxışında sahibkarlığa gedən yoldan, biznes fəaliyyətindən, muxtar respublikanın iqtisadiyyatının yüksədilməsində sahibkarlıq subyektlərinin rolundan danışıb, rəhbərlik etdiyi “Cahan” Holdinq şirkətlər ittifaqının fəaliyyət sahələri və biznesin təşkili haqqında məlumat verib.