“Cahan Holdinq” KŞİ-nin kollektivi ümummilli lider Heydər Əliyev məzarını ziyarət edib .

Müasir Azərbaycanın qurucusu və xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir
12 dekabr 2019-cu il tarixdə “Cahan Holdinq” KŞİ-nin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib. Bütün Holdinq kollektivi Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib məzarı üzərinə gül dəstələri və çələngi qoyublar.