“Cahan Holdinq” KŞİ-də I rübün yekunları ilə bağlı iclas keçirilmişdir.
Sənaye Departamentinin rəhbəri Ceyhun Abdullayev, Ticarət Departamentinin rəhbəri Qaçay Şirinov, İnşaat Departamentinin rəhbəri Vilayət Cəlilov, Bakı bölgəsi üzrə Xidmət Departamentinin rəhbəri Ülvi Allahyarov çıxış edərək departamentlərin tərkiblərinə daxil olan şirkətlər haqqında hesabatlarını vermişlər.
“Cahan Holdinq” KŞİ-nin Audit şöbəsinin müdiri çıxış edərək invertarizasiya ilə bağlı araşdırmanın aparılması və onun nəticələri haqqında məruzə etmişdir.
Yekunda “Cahan Holdinq” KŞİ-nin prezidenti V.Abbasov qarşıda duran vəzifələrdən danışmış, departament rəhbərlərinə xüsusi tapşırıqlar vermişdir.