“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının müəssisələrində FHN-nin maarifləndirmə tədbirləri davam etdirilir.
28 oktyabr 2016-cı il tarixində “Cahan Pen” MMC-də Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin maarifləndirmə tədbiri keçirilmişdir.
28 oktyabr 2016-cı il tarixində “Cahan Pen” MMC-də “Cahan Pen” və “Cahan Tabak” MMC-nin əməkdaşlarının iştirakı ilə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin “İstehsalat müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, fövqəladə hadisələr zamanı davranış qaydaları və yanğın təhlükəsizliyi sahəsində vətəndaşların, müəssisələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri “Cahan Holdinq”in Əməyin mühafizəsi üzrə mütəxəssisi Məhərrəm Zeynalov giriş sözü ilə açmış, ardınca “İstehsalat müəssisələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri, qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alıması” mövzusunda Naxçıvan MR FHN-nin Dövlət Yanğın Təhlükəsizliyi idarəsi, dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət kapitanı Hasil Məmmədov və “Yaşayış sahələrində baş verən yanğın hadisələrinin səbəbləri, əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları” mövzusunda Naxçıvan MR FHN-nin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin, yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti, daxili xidmət baş leytenantı Turan Şahhüseynov məruzələrlə çıxış edərək iştirakçıları məlumatlandırmışlar. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.